Diyetoloq payızda şəkər istehlakını azaltmağı məsləhət görüb
Diyetoloq payızda şəkər istehlakını azaltmağı məsləhət görüb
Payızda temperatur dəyişikliyi baş verdiyi və günəş çatışmazlığı olduğu zaman, istehlak etdiyimiz zülalların, yağların və karbohidratların miqdarına nəzarət etmək və balanslı qidalanmaq lazımdır.
Bu barədə diyetoloq Yevgeniya Belyuqa sentyabrın 25-də məlumat verib.
Mütəxəssis qeyd edib ki, payızda xüsusən də şəkər istehlakını azaltmaq tövsiyə olunur. O, yüksək kalorili qida məhsuludur, onun qida rasionuna həddindən artıq əlavə edilməsi artıq çəkiyə gətirib çıxara bilər ki, bu da öz növbəsində sağlamlığın pisləşməsinə səbəb ola bilər.
"Yüksək miqdarda şəkər istehlak etməklə, immun sistemimizin fəaliyyətini poza bilərik və bu vəziyyətdə mövsümi xəstəliklər zamanı viruslara müqavimət göstərmək daha da çətin olacaq", - deyə Y.Belyuqa bildirib.
Bundan əlavə, diyetoloq mövsümi qidaları qida rasionumuza daxil etməyi məsləhət görüb. Məsələn, lif və vitaminlərlə zəngin olan balqabağı rasionunuza əlavə edə bilərsiniz.
Diyetoloqun sözlərinə görə, payızda şorba-püre və ya raqu kimi mövsümi yeməklər hazırlaya bilərsiniz.
Mütəxəssis, həmçinin bildirib ki, qəhvənin bitki çayları ilə, həmçinin limon, itburnu və ya çaytikanı əlavə edilmiş isti içkilərlə əvəz edilməsi sağlamlıq baxımından fayda verəcək.
"Onların tərkibində olan C vitamininin əlavə dozası immun sistemini gücləndirməyə kömək edəcək", - deyə Y.Belyuqa vurğulayıb.
Mənbə: gazeta.ru / oxu.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var