Dizellə işləyən avtomobil sürücüləri üçün VACİB AÇIQLAMA

Dizellə işləyən avtomobil sürücüləri üçün VACİB AÇIQLAMABu gün bir sıra KİV-də "Azərbaycanda dizellə işləyən avtomobillər qadağan olunacaq" başlıqlı xəbərlər dərc olundu.
Qısa araşdırmamızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə tərəfindən verilən açıqlamanın 2019-cu ilə aid olduğu ortaya çıxdı.
İllər əvvəl verilən açıqlamada qurum rəsmisi "Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramına əsasən Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görüldüyünü demişdi.
azxeber.com xəbər verir ki, "ölkə.az" R.Səttarzadədən bu illər ərzində hansı işlərin görüldüyü, hansı yeniliklərin ola biləcəyi, həmçinin gündəmə yeni xəbər kimi düşmüş məqalə barədə münasibət öyrənib.
Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri bildirdi ki, açıqlamanın verildiyi ildən etibarən Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadə edilməsi istiqamətində fəaliyyətə başlanıldı:
"Elektrik mühərrikli və hibrid avtomobillərin, enerji doldurucularının idxalı və satışının ƏDV-dən azad edilməsi, gömrük rüsumunun 0-a endirilməsi bu tədbirlərə daxildir.
Həmçinin köhnə avtomobillərdən istifadənin məhdudlaşdırılması üçün hazırda yaşı 7 ildən çox olan dizel və benzin mühərrrikli avtomobillər üçün aksiz vergisi yüksəldici əmsalla tətbiq olunur. Dizel mühərrikli avtomobillər üçün aksizlər benzin mühərrikli avtomobillərdən daha yüksəkdir".
R.Səttarzadənin sözlərinə görə, bu təşviqedici tədbirlərin həyata keçirilməsi nəticəsində artıq Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadə ilbəil artmaq üzrədir. Bu da yeni artım tendensiyasını göstərir.
"Avropada müəyyən illərdən daxili yanma mühərrikli avtomobillərdən istifadənin məhdudlaşdırılması tətbiq olunur. Norveçdə keçən il satılan avtomobillərin 79%-i elektrikli avtomobillər olub, halbuki ondan 1 il əvvəl bu, 65% təşkil edirdi. Bu ölkə 2025-ci ildən benzin və dizel mühərrikli avtomobillərin satışını dayandıracağını açıqlayıb.
Biz iqtisadi alətlərdən istifadə olunması, təbliğat-təşviqat xarakterli məlumatlandırma tədbirləri ilə avtomobillərin ətraf mühitə mənfi təsirini azaltmağa çalışırıq.
Həmçinin ekoloji təmiz avtomobillərdən istifadənin genişləndirilməsi hədəflənir. Dizel və benzin mühərrikli avtomobillərdən istifadənin məhdudlaşdırılması üçün bu tədbirləri artırmaq, iqtisadi alətlərdən daha aktiv istifadə etmək, aksiz vergisini artırmaq olar ", - deyə R. Səttarzadə əlavə edib.

Sosial       Tarix: 15 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bugünki xəbərlər son xeberler azerbaycan cəbhədən canlı