Doğru seçilmiş məktəbli çantası necə olmalıdır? - Mütəxəssislərdən məsləhət

Doğru seçilmiş məktəbli çantası necə olmalıdır? - Mütəxəssislərdən məsləhətMəktəb çantası seçimi həm şagirdin sağlamlığı, həm də gündəlik ehtiyaclarını rahat daşıya bilməsi üçün çox önəmlidir. Düzgün olmayan məktəb çantası uşağınızın sağlamlığına mənfi təsir göstərə bilər. Məktəbli çantası alarkən nələrə diqqət edilməlidir?
azxeber.com bununla bağlı araşdırma apararaq önəmli mütəxəssis tövsiyələrini valideynlərə təqdim edir:
Araşdırmalara görə, ağır çantalarla məktəbə gedən uşaqlarda bel ağrıları yaş artdıqca artır və 14-17 yaş arasında disk yırtığı ilə ən azı bir dəfə həkimə müraciət etmə riski yüksəlir. Müəyyən çəkidə bel çantası gəzdirmək uşaqların əzələlərini və sümüklərini gücləndirir. Burada ən vacib məqam çantanın çəkisini nəzarət altında saxlamaqdır. Maksimum hədd uşağın ağırlığının 15 faiz olsa da, övladınızın bədən çəkisinin 10 faizindən çoxunu çiyinlərində daşımasına icazə verməyin. Əgər çantanın çəkisi bədən çəkisinin 20%-dən çox olarsa, disk yırtığı riski qaçınılmazdır. Çanta hazırlanarkən şagirdin getdiyi məsafə, pilləkənlərlə düşüb-qalxmaq, təpələrə qalxıb enmək kimi faktorlarla bu çəki bədənə daha çox təsir edə bilər. 
Bəs görəsən təhlükəsiz məktəb çantası necə olmalıdır?
1. Yüngül materiallardan hazırlanmış, hər biri təqribən 5 sm enində iki çiyin qayışı və bel yastığı olan çantaları seçin.
2 . Çantanın müxtəlif bölmələri və cibləri olmalıdır ki, çəki tarazlana bilsin. Eyni zamanda təkərli çantalar də bədənə daha az yük verərək övladınızn işini asanlaşdıracaq.
3 . Çantanın ən geniş və ən çox əşya tutan mərkəzi hissəsi uşağın bel bölgəsi səviyyəsində olmalıdır. Çiyin və bel qayışlarını bu şəkildə tənzimləyin. Belə olduğu zaman çantanın bel yastığı uşağın bel əyrisini tam və uyğun şəkildə örtəcək.
4 . Ağır elektron cihazlar və yemək ehtiyacı üçün ayrıca çanta təşkil edin.
Bundan əlavə uşaqlarınızın da çantalarını necə daşıması ilə bağlı bəzi qaydaları bilmələri vacibdir.
1 . Çanta həmişə hər iki çiyndə daşınmalıdır və ağır əşyalar bədəninə yaxın, bir az da aşağıdan daşınmalıdır.
2 . Uclu əşyalar çantanın arxa hissəsinə yaxın qoyulmamalıdır və ayaq əzələlərindən istifadə edərək çantanı arxada saxlamağa üstünlük verməlidir.
3 . Çantasını kürəyində qolları düz, bədəni irəli əyilmədən və ara-sıra qollarından dəstək alaraq daşımalıdır.
4 . Gəzərkən bədənini qabağa əyməməlidir.
Aysel Hacızadə

Sosial       Tarix: 22 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az kriminal xeber xəbər az kriminal