Dollar 2 manatdan baha olacaq - Əhalinin NƏZƏRİNƏ

Dollar 2 manatdan baha olacaq - Əhalinin NƏZƏRİNƏ"Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə, zaman məsələsidir. Gələn il hökumət bu addıma getməyə məcbur qalacaq. 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya. Yaxın vaxtlarda isə devalvasiyanın olması real deyil. Ona görə ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Dünya bazarlarında, birjalarda gedən proseslərlə manatın heç bir əlaqəsi yoxdur. Hökumətin və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmi mövcuddur. Ona görə də milli məzənnə hansısa xarici şoklardan, faktorlardan asılı deyil".
KONKRET.az bildirir ki, bu fikirləri bakupost.az -a yaxın vaxtda devalvasiyanın olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, gələn ilin sonuna yaxın 15-20 faizlik devalivasiya mümkündür.
Ekspert əlavə edib ki, ölkədə dollar-manat məzənnəsinin dünya bazarı ilə birbaşa əlaqəsi yoxdur:
"Ona görə də birdən-birə dolların 3 manat olması ehtimalı çox aşağıdır. Çünki bu Azərbaycan iqtisadiyyatına böyük zərbə vura bilər. Amma bu o demək deyil ki, manatın səviyyəsi daim indiki kimi qalacaq. Bu il olmasa da gələn ilin sonuna yaxın dollar 2 manat civarında, 2 manatdan bir az yuxarı ola bilər. 2024-cü il ərzində isə belə addımın atılacağına inanmıram".
İqtisadçı ekspert Pərviz Heydərov isə bildirib ki, beynəlxalq bazarlarda neftin qiyməti büdcədə müəyyən edilmiş köçürmə normasından yüksək olacaq, tədiyyə balansı müsbət saldosunu qoruyacaq, neftin maya dəyəri isə büdcədə müəyyən edilmiş köçürmə normasını keçəcək və buna görə də devalvasiya üçün heç bir obyektiv səbəb yoxdur:
"Hökumət manatı dollara nisbətdə ucuzlaşdırmağa meylli deyil. Azərbaycan valyutasının məzənnəsi inzibati qaydada tənzimlənir, çünki valyuta gəlirləri neft və qaz ixracı seqmentində cəmləşir".

Sosial       Tarix: 29 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler son xeberler bugun 2026 muharibe ensonxeberler en son xeber