Dollar bahalaşdı, bəs manatı hansı risklər gözləyir? - AÇIQLAMA

Dollar bahalaşdı, bəs manatı hansı risklər gözləyir? - AÇIQLAMAQlobal iqtisadiyyatın böhranla üzləşdiyi bu dövrdə ABŞ yenə dünya dövlətlərini çətin sınaq qarşısında qoyub. Belə ki, əksər valyutalar dollar qarşısında sürətlə dəyər itirir.  Məlumata görə, ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb. Bununla da, dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.
Maraqlıdır, ABŞ dollarının bu həddə çatması nə ilə bağlıdır? Belə bir şəraitdə manatı hansı risklər gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb. O bildirib ki, digər valyutalar hazırda dollar qarşısında dəyər itirməyə davam edir: "Dollar indeksinin yüksəlməsi Federal Ehtiyatlar Sisteminin (FED) digər mərkəzi banklara nisbətən daha sərt addımlar atması ilə bağlıdır. Uçot dərəcəsi Mərkəzi Bankın faiz dərəcəsini kəskin artırdı. Sonuncu toplantıda uzun illərdən bəri ilk dəfə ən yüksək artım (0,50 faiz) müşahidə edildi. Sonuncu dəfə belə bir hal 2000-ci ildə qeydə alınıb. Bütün bunlar dollar indeksinin digər valyutalar qarşısında dəyər qazanmasına səbəb olur. ABŞ inflyasiyanın qarşısını almaq üçün daha sərt maliyyə siyasəti aparır. ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Ölkədə inflyasiya 8 faizdir. Federal Ehtiyatlar Sisteminin belə kəskin addımları dolları bahalaşdıran əsas amilə çevirir. Bu həm də dolların aparıcı valyuta olmasını bir daha təsdiqləyir. Digər valyutalar hazıra dollar qarşısında dəyər itirməyə davam edir".
Dollar bahalaşdı, bəs manatı hansı risklər gözləyir? - AÇIQLAMAİqtisadçı bildirib ki, manatın məzənnəsi üçün indiki halda risk yoxdur: "Azərbaycana gəldikdə isə bizdə məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Ölkədə bazar iqtisadiyyatı sistemi üzən məzənnə rejimi ilə tənzimlənmir. Ona görə də manatın məzənnəsində ciddi dəyişiklik ediləcəyini düşünmürəm. İndiki məqamda bu mümkün də görünmür. Manatın inzibati qaydada tənzimlənməsində neft amili mühüm rol oynayır. Azərbaycan neftinin qiyməti isə 120 dollara yaxınlaşır. Belə bir yüksək qiymətlər fonunda manatın məzənnəsinin ucuzlaşması mümkünsüz görünür".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 06 may 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber son xeberler 2026 axsam.az xeberler enson xeberler