Dollar və manatın məzənnəsi ilə bağlı mühüm proqnoz: Yaxın illərdə… – RƏSMİ

Dollar və manatın məzənnəsi ilə bağlı mühüm proqnoz: Yaxın illərdə… – RƏSMİAzərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bir neçə iqtisadçı ilə görüşüb. Məlumata görə, burada pul siyasəti, manatın məzənnəsi, kart hesablarından pulların oğurlanması və digər aktual məsələlər müzakirə olunub.
Mərkəzi Bankın sədri başqa nələr danışıb?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, məzənnə siyasəti ilə bağlı AMB-nin yeni qərarı yoxdur:
"Bu məsələ ekspertlərlə keçirilən görüşlərdə mütəmadi müzakirə olunur. Dünənki görüşdə mən xaric, iştirak edən 14 ekspertin hər biri məzənnə siyasətinin indiki şəkildə davam etməsinin tərəfdarı oldu. Əvvəla, "Manatın məzənnəsini sabit saxlayır" ifadəsi yanlışdır. Bunu AMB-də keçirilən müzakirələrdə də bildirdim. Çünki Mərkəzi Bank manatın məzənnəsini təyin etmir. AMB dolların məzənnəsini sabit saxlayır. Yəni hazırda Azərbaycanda sabit olan dolların məzənnəsidir, manatın deyil. Dolların məzənnəsi 1,7 manat səviyyəsində saxlanılır, digər valyutalar da buna uyğun olaraq sabitləşdirilir. Manatın məzənnəsi isə müxtəlif valyutalara görə dəyişir".
"Lakin bu siyasətə qarşıyam və hesab edirəm ki, belə yanaşma, əslində qeyri-sabitlik yaradır. Makroiqtisadi stabilizatorlar inflyasiya səbəbindən ölkənin ixracını zəiflədə bilər. Bu zaman ixracın azalması nəticəsində xarici valyutanın ölkəyə daxil olması azalır. Nəticədə, yerli valyuta zəifləməli və bu, ixracın bərpa olunmasına səbəb olmalıdır. Amma mövcud siyasət nəticəsində biz bu stabilizatorlardan məhrum olmuşuq. Bu da iqtisadiyyatın dayanıqlığını və stabilliyini itirməsinə səbəb olur. Hazırda AMB dolların məzənnəsini sabit saxlayaraq, əslində faiz dərəcəsi siyasətini həyata keçirə bilmir. Bundan əlavə, mövcud məzənnə siyasəti qeyri-neft sektorunu məhv edir və bu sahənin inkişafına ciddi ziyan vurur".
E.Rəşidov vurğulayıb ki, bank ilə Maliyyə Nazirliyinin düzgün koordinasiya olmaması nəticəsində iqtisadiyyatımız tələyə düşür:
"Nəticədə makroiqtisadi vəziyyət qeyri-neft sektorunun inkişafına imkan vermir, əməyin məhsuldarlığını artırmaq mümkün olmur. Çünki indiki vəziyyətdə qeyri-neft sektoru, əsasən daxili tələbatı qarşılamaqla məhdudlaşır.  Gələcək proqnozlara gəldikdə, Taleh Kazımovun ümumi çıxışından belə nəticə çıxarmaq olar ki, dolların məzənnəsinin dəyişməsi gözlənilmir və mövcud siyasət indiki rejimdə uzun müddət davam edəcək. Sədr qeyd etdi ki, yalnız yeni iqtisadi model olarsa, mövcud məzənnə siyasətindən çıxa bilərik. Lakin  bu haqda konkret bir plan mövcud deyil. Bu vəziyyətdə hər hansı bir dəyişiklik etməyə hazırlaşmırlar".
İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, müzakirə olunan əsas mövzu sabit məzənnə rejimindən üzən məzənnəyə keçidin olub-olmayacağı ilə bağlı idi:
"Prinsipcə, AMB-nin sədri və ekspertlərin əksəriyyəti Azərbaycan şəraitində sabit məzənnə rejiminin saxlanılmasının vacib olduğunu hesab edir. Üzən məzənnə rejiminə keçmək üçün ölkəmizdə lazımi şərait mövcud deyil və ehtiyac da yoxdur. Bu, əks effekt verə bilər. AMB tərəfindən sabit məzənnə rejiminin saxlanılması məqsədəuyğundur və prosesi bu qaydada davam etdirir. Ölkədəki makroiqtisadi vəziyyət və valyuta ehtiyatlarımızın səviyyəsi göstərir ki, manatın məzənnəsi yaxın perspektivdə heç bir təhlükə ilə qarşılaşmayacaq".

Sosial       Tarix: 24 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"

Son zamanlar bir sıra bankların fəaliyyətində geriləmə müşahidə edilir. Belə ki, mənfəətləri kəskin azalır və ya bağlanma təhlükəsi yaşayırlar. Bəs hazırda hansı bankların bağlanma təhlükəsi mövcuddur?. KONKRET.azxəbər veri

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc


son xeberler yeni xeberler azerbaycan xeberleri maraqlı xəbərlər xeberlər son xeberler bugun cəbhədən yeni xəbərlər