Dolları olanlar mütləq bu xəbəri oxusun - VACİB AÇIQLAMA
"Baş nazirin imzaladığı yeni qərarla valyutanın ölkədən çıxışı ilə bağlı yeni qaydalar müəyyənləşdirilib və eyni zamanda indikatorların sayı dəqiqləşdirilib.
Yeni qaydalarla tələb olunan hallarda qanunvericiliyin tələb etdiyi məbləğdə vəsaitlər əgər bəyan edilmirsə və ya bəyannamə təqdim olunmursa, onların yoxlanışı zamanı həmin valyutanın ölkədən çıxışı məhdudlaşdırılır və ya dayandırılır".
KONKRET.az xəbər verir ki, bunu BAKU.WS-ə VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, indiqatorlar olaraq bu zaman gömrük işi üzrə əvvəllər məhkum olunmuş və bu istiqamətdəki məhkumluq da nəzərə alınmaqla qərarlar verilib və indiqatorların siyahısına əlavə olunub:
"Ona görə də vətəndaşlarımız, əgər xaricə gedən zaman daha böyük məbləğdə vəsaitlə gedirlərsə, onu bəyan etməyə ehtiyac var. Çünki bəyannamənin təqdim olunmaması bu hallarda valyutanın ölkədən aparılmasının dayandırılmasına və eyni zamanda bununla bağlı araşdırmanın aparılmasına gətirib çıxara bilər. Bu kontekstdən də təbii ki, qanunvericilik qaydalarından valyutanın ölkədən çıxışının təmin edilməsi vacibdir.
Son qərarda əsas məqsəd bir tərəfdən qanunsuz olaraq ölkədən valyuta çıxışının qarşısını almaq və eyni zamanda, bu sahədə yeni indikatorları tətbiq etməklə şəffaflığın daha da artırılmasına nail olmaqdan ibarətdir. Nəzərə alsaq ki, yeni qaydalar bir müddət öncə qəbul edilən qanunvericilik tələblərinə uyğun olaraq müəyyənləşib".

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat