Dolların satışı DAYANDIRILIB? - Manatın məzənnəsi ilə bağlı QƏRAR VERİLƏCƏK

Dolların satışı DAYANDIRILIB? - Manatın məzənnəsi ilə bağlı QƏRAR VERİLƏCƏKSon günlərdə Azərbaycanda dolların məzənnəsinin artacağına dair yayılan məlumatlar ölkədə ciddi narahatlığa səbəb olub. Xüsusilə, bir neçə gün əvvəl media və sosial şəbəkələrdə bu mövzu ətrafında geniş müzakirələr başlayıb, bu da ölkədə iqtisadi qeyri-müəyyənliyi daha da artırıb. Bir çoxları dolların qəfil bahalaşacağı, manatın isə ciddi dəyər itirəcəyi ehtimalı ilə bağlı qorxu içindədir. 
İş adamlarından tutmuş sadə vətəndaşlara qədər hər kəs bu şayiələrə qarşı diqqətli davranır, bəzi insanlar isə dollar almağa tələsir, bu da vəziyyəti daha da gərginləşdirir. Bu narahatlıqlar fonunda ölkədə bəzi bankların dolların satışını azaltdığı və ya tamamilə dayandırdığı bildirilir, bu isə vəziyyəti daha da gərginləşdirir.
Bütün bu narahatlıqlar fonunda suallar yaranır: Görəsən, bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur? Hökumət və Mərkəzi Bank bu iqtisadi təzyiqə necə cavab verəcək?
KONKRET.azxəbər verir ki,məsələ ilə bağlı danışan VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov news24.az-a açıqlmasında bildirib ki, manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən, eləcə də valyuta bazarındakı tələb-təklifdən asılı olaraq müəyyənləşir:
"Nəzər alamlıyıq ki, son günlər qlobal valyuta bazarlarında müəyyən volatillik var. ABŞ-ın valyuta məzənnəsinin möhkəmlənməsindən sonra praktik olaraq son bir ayda avronun dollara nisbətən məzənnəsinin möhkəmlənməsini müşahidə edirik. Azərbaycana bütövlükdə manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Çünki Azərbaycan üzən valyuta rejiminə keçməyib.  Buna görə də üzən valyuta rejimində Mərkəzi Bankın mövqeyi həll edicidir".
Vüqar Bayramov əlavə edib ki, növbəti aylarda da Mərkəzi Bankın mövqeyindən asılı olaraq manatın məzənnəsinin müəyyənləşəcəyi gözlənilir. Onun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin müəyyənləşdirilməsində ölkəyə daxil olan valyutanın həcmi, neftin dünya bazar qiyməti və qonşu ölklərdə valyutanın məzənnəsinin dəyişməsi kimi faktorlardan istifadə edərək məzənnə siyasətini həyata keçirir.
İqtisadçı-ekspert Akif Nəsirli isə deyib ki, dolların Azərbaycan manatına münasibətdə məzənnəsinin dəyişməsini hökumət tənzimləyir:
"Yəni bu hansısa bazar münasibətlərindən və ya hansısa hadisənin təsirlərindən asılı deyil. BU qərara bağlı olan bir məsələdir. Hazırda Azərbaycan hökumətinin dolların məzənnəsini belə saxlamaq imaknı var. Neftin qiyməti ucuzlaşmayıb, kifayət qədər baha qiymətə satılır. Hökumətin əlində valyuta ehtiyatları var və bu valyuta ehtiyatları ilə manatın məzənnəsini tənzimləmək imkanları var. ötən illə müqayisədə bu ilin ilk 8 ayında dollara tələbat 2 dəfə artıb. Buna görə də bir sıra şayiələr yayılır ki, dollara tələb artdığına görə, hökumət devalvasiyaya gedə bilər".
İqtisadçı qeyd edib ki, ilin sonuna qədər dolların məzənnəsinin sabit saxlanılmasına çalışılacaq və bunun üçün imkan da var. Onun sözlərinə görə, bankların əksəriyyətində dollar satılmır, bu da ölkədə dollara tələbatın artması ilə bağlıdır: "Dollara tələbat artdığına görə bəzi bankların tələbatları ödənilmir. Mərkəzi Bank bəzi banklara dollar satmır, buna görə də həmin dollar satılmayan banklar dolların satışını dayandırır. Ölkədə dollara tələbat artıb.

Sosial       Tarix: 26 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödənilən əkin subsidiyası mərhələli şəkildə azaldılacaq. 2026-2027-ci əkin mövsümündə belə fermerlərin subsidiyası 50 faiz aşağı salınacaq, 2027-2028-ci əkin mövsümündə is

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

"Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm" - Sabir Rüstəmxanlı

"Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir". xəbər verir ki

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub

Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub. Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığ

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumat

40 yaşlı kişinin evindən meyiti tapıldı

Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb. Hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfində

Qadın kruiz gəmisindən dənizə düşdü - Bir sutkadan sonra xilas edildi

Yunanıstan sahillərində kruiz gəmisindən dənizə düşən və açıq dənizdə təxminən 24 saat qalan 44 yaşlı Salvador vətəndaşı möcüzəvi şəkildə xilas edilib.  "Bizim.Media"ya istinadən xəbər verir ki, Kathimerini nəşrini

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illi


son xeberler yeni xeberler azerbaycan xeberleri oxu.az xeberler xeber.az sonxabar az valyuta mezennesi