Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyibPrezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib.
azxeber.com xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC International ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22 may tarixli 814-IIIQ nömrəli Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qüvvədə qalır.
Sazişin əsas mətninə edilmiş 12 Əlavə qəbul və təsdiq edilir və onların həyata keçirilməsinə icazə veriləcək.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olur, Hökumət təminatı isə Azərbaycan Respublikasının Qanunu olaraq qüvvəsini saxlayır. Sazişdə konkret surətdə başqa hallar müəyyən edilmədiyi təqdirdə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir (bu Qanunun 2-ci maddəsi və Sazişin onun dəyişdirilməsinin və yeni redaksiyada tərtib edilməsinin hüquqi nəticələrinə dair müddəaları nəzərə alınmaqla), habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin Podratçı tərəflərinə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr verilir.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

Siyasi       Tarix: 29 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən Əhməd Vəliyevlə bağlı sərəncam 

Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O bu təltifə Azərbaycan Respublikasında təhsi

Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən "Yol xəritəsi" imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqli

Gerasimov Putinə ağır məruzə hazırlayır: Rusiya ordusu Ukraynada geri çəkilməyə məcbur qala bilər

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Vladimir Putinə Ukraynanın işğal olunmuş ərazilərinin bəzi hissələrindən geri çəkilməyin zəruriliyi ilə bağlı son dərəcə ciddi məruzə hazırladığı iddia olunur. xəbər verir ki

Geosiyasi dahinin böyük uğurları: Rusiyanı bu vəziyyətə salmaq üçün əsl istedad lazımdır

Etiraf etmək lazımdır: 25 il mütləq hakimiyyətdə qalmaq, neft pullarının dibsiz dənizində üzmək və bütün bunların sonunda adambaşına düşən nominal ÜDM-i Çili səviyyəsinə, hətta Kosta-Rikadakından da aşağı həddə endirmək üçü

Azərbaycan XİN Misirə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib. xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. "Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəz

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza

Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir. KONKRET.azxəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovl

Türkiyə BU ÖLKƏLƏRLƏ birgə hərbi qərargah yaradır — Detallar açıqlandı

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı birgə hərbi ştabın yaradılması ilə bağlı mühüm razılığa gəliblər. xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. Nazirin sözlərinə görə, üç ölk

İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam

Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərənam imzalayıb. Sərəncama görə, o, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərin

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, Ermənistan işğalçı ordusunun rayonu tərk etməsindən 6 il ötür. -un xəbərinə görə, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrı


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler idman xeberleri ensonxeberler bu gunun xeberleri