Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir.
Rusiyanın irəli sürdüyü iddia olunan tələblər isə beynəlxalq gündəmdə yeni müzakirələrə səbəb olub. Moskva Donbasın tamamilə Rusiyaya verilməsini, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsini, Finlandiyanın alyansı tərk etməsini və Baltikyanı ölkələrdə NATO hərbi bazalarının yerləşdirilməməsini istəyir.
Bəs Rusiyanın bu tələbləri irəli sürməkdə əsas məqsədi nədir? 
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Rusiya Ukraynaya qarşı müharibə başlamazdan əvvəl irəli sürdüyü təhlükəsizlik tələblərini indi yeni formada gündəmə gətirməyə çalışır:
"Rusiya əslində Ukraynaya qarşı müharibə başlamazdan əvvəl irəli sürdüyü təhlükəsizlik tələblərini indi yeni formada gündəmə gətirməyə çalışır. Düşünürəm ki, Rusiya indiki məqamda Trampın hakimiyyəti dövründə bu cür tələblər irəli sürməklə müəyyən qədər irəliləyiş əldə edə bilər.
Rusiya əvvəldən Kiyevdə hakimiyyəti dəyişdirməyə çalışırdı. Buna nail ola bilmədikdən və Ukraynadakı müharibə nəticəsində ərazilərini genişləndirə bilmədikdən sonra daha maksimalist təkliflər irəli sürməyə başlayıb".
Politoloqun sözlərinə görə, Rusiyanın məqsədi irəli sürdüyü bütün tələblərin qəbul olunması deyil, onların müəyyən hissəsinə nail olmaqdır:
"Məqsəd bu təkliflərin hamısının qəbul edilməsi deyil. Çünki onların hamısının qəbul olunması kifayət qədər çətindir. Məncə, Rusiya maksimal tələblər irəli sürməklə ən azı həmin tələblərin müəyyən hissəsinə nail olmağa çalışır. Eyni zamanda, bir çox tələbindən imtina etməsini öz güzəşti kimi təqdim etməyə cəhd göstərir".
Fəridə Əsədzadə

Siyasi       Tarix: 13 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler az xəbər hava haqqinda kriminal bugun