"Dostları gəlib Putini öz otağında boğarlar" – Zərdüşt Əlizadə

Ukrayna böhranında 16 fevraldan sonra ortaya atılan yeni tarix 20 fevraldır. Qərb mətbuatı bu dəfə də Rusiyanın Ukrayanaya qarşı həyata keçirəcəyi potensial hücum tarixini məhz 20 fevral kimi göstərir. Hətta siyasilərdə belə bir fikir də var ki, Vladimir Putin müxtəlif tarixlər ortaya ataraq, heç kimin gözləmədiyi tarixdə Ukraynaya hücuma keçə bilər.
KONKRET.az xəbər verir ki, Yenisabah.az-a danışan siyasi şərhçi Zərdüşt Əlizadə isə məsələyə fərqli yöndən yanaşıb. O, hesab edir ki, müharibə baş verməyəcək:
"Məncə, Vladimir Putin Ukraynaya hücum etməyəcək. Çünki əks halda Rusiyanı o qədər böyük təhlükələr və cəzalar gözləyir ki, onlar müharibədən heç nə qazanmayacaq. Hətta təsəvvür edək ki, müharibə başladı və Rusiya Ukrayna ordusuna qalib gəldi. Ukraynanın yarısını və yaxud bütövünü işğal etdi. Beynəlxalq qanunlara görə, hər hansı bir dövlət işğal etdiyi ərazinin əhalisini dolandırmağa məcburdur. 35 milyonluq Ukrayna xalqını Rusiya necə dolandıracaq? Öz xalqını dolandıra bilmir, 40 milyona yaxın yoxsul var Rusiyada. İt kökündə yaşayırlar. Kasıb, çörəksiz, işsiz, bədbəxt xalqını dolandıra bilməyən Rusiya, gəlib Ukrayna xalqını dolandıracaq? Boş söhbətdir.
Bundan başqa, beynəlxalq münasibətlər sistemində Rusiya dönüb olacaq Şimali Koreya. Ona bu lazımdır? Özü də nəyin naminə? Guya təhlükəsizliyini təmin etmək naminə, amma əksinə, belə olan halda öz təhlükəsizliyini itirəcək".
Politoloq Ukraynaya ola biləcək hücum ehtimalını özünəməxsus şəkildə şərh də verib: "Odur ki, Putin 2 halda Ukrayaya hücum edəcək: Birinci halda, o dəlidir. İkinci halda isə, Mərkəzi Kəşfiyyat İdarəsinin casusudur və ona verilən tapşırığa görə, Ukraynaya girib buranı dağıda bilər. Belə halda düşünmək olar ki, o Ukrayana hücum edəcək. Amma düşünürəm ki, nə birinci, nə də ikinci hal mümkün deyil. Putin hakimiyyətini və vəzifəsini sevir. Özü də, qohumları da, qonşuları da, dostları da, çekistlər də, uşaqlıq dostları da, cüdo dostları da, xokkey klubundakı dostları da, hamısı daraşıblar bunun şirəsinə, ölkəni yeyib dağıdırlar.
Əgər Rusiya Ukraynaya hücum etsə, Qərbin Rusiyaya qarşı ən kəskin cəza tədbirlərindən biri o olacaq ki, bu oliqarxların Qərbə qaçırdığı milyardlar, qəsrlər, yaxtalar, bunların hamısı müsadirə olacaq. Onda Putinin dostları elə gəlib onu öz otağında boğarlar. Odur ki, mən əminəm ki, müharibə olmayacaq".
Analitik əmindir ki, hansısa bir müharibənin başlaması haqqında tarix səsləndirilirsə, bu təxminən 95% o deməkdir ki, həmin gün müharibə olmayacaq: "Çünki, adətən, müharibəni o zaman başlayırlar ki, heç kəs bunu gözləmir. Özü də, Ukrayna ilə müharibə Putinin nəyinə lazımdır? Ola bilər, mən istisna etmirəm ki, Rusiya Donetsk və Luqanskda hansısa bir məhdud miqyaslı əməliyyat aparsın və günahı yıxsın o separatçıların üstünə. Əvvəla heç kəs də buna inanmayacaq, çünki onları heç kəs tanımır. Cəza tədbirləri də Rusiyaya qarşı tətbiq olunacaq.
Mən əminəm ki, Ukraynaya gələn təhlükə bu ölkənin özünün içərisindəndir. Ukrayna öz vəziyyətini sabitləşdirməlidir və nəhayət, Ukrayna dövləti xalqının böyük yaradıcı potensialını işə salmalıdır, qayda qanun yaratmalıdır. Bu tarixlərin ortaya atılması boş söhbətlərdir", – deyə Z. Əlizadə yekunlaşdırıb.

Siyasi       Tarix: 17 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər son xabar bu gunun xeberleri xeber.az 2026