"Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Qardaş yumruğu" Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başa çatması münasibətilə təlimlərə cəlb edilən şəxsi heyəti təbrik edib.
Türkiyə lideri təlimləri izləyən milli müdafiə naziri Hulusi Akarla telefon əlaqəsi yaradaraq hərbçilərə xitab edib.
"Bir millət, iki dövlət" anlayışı ilə bu təlimləri uğurla həyata keçirdiniz. Sizlər dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz", - deyə R.T.Ərdoğan bildirib.
O, çətin relyef və kəskin hava şəraitində keçirilən təlimlərin iki ölkənin ordularının da güclənməsinə töhfə verəcəyini qeyd edib.
"Bundan sonrakı təlimlərdə bu güc sizin ən vacib hərəkətverici qüvvəniz olacaq. Türkiyə və Azərbaycan bu təlimlərlə həmrəyliyini, birliyini gələcəkdə daha da gücləndirərək davam etdirəcək. Türkiyə olaraq biz bütün azərbaycanlı qardaşlarımızı candan sevirik. Candan sizi bağrımıza basırıq. Bu təlim də göstərir ki, biz bir-birimizlə ətlə sümük kimiyik. Kimsə bizi bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcək! İlham Əliyev qardaşımı da göstərdiyi qardaşlıq, sevgiyə görə ürəkdən təbrik edir, sizləri gözlərinizdən öpürəm. Sağ olun, var olun!" / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü