Dövlət Agentliyi Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətdən 149 min manatlıq mebel alır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Tender müsabiqəsinin qalibi "Embawood" MMC (VÖEN – 6400009481) olub.
"Embawood" MMC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sifarişi ilə bu quruma ofis mebelləri satacaq və qarşılığında 148 min 749 manat 62 qəpik alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 3 750 manat olan "Embawood" MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğlu olan "Embawood" MMC-nin əsas pay sahiblərindən (təsisçi) biri millət vəkili Məşhur Məmmədov Şahbaz oğlu olub.
Qeyd edək ki, açıqlanan sonuncu məlumata görə, "Embawood" MMC-nin pay sahibləri (təsisçiləri) aşağıdakı şəxslər olub:
Elşad Abbasov İnşalla oğlu – 23%
Məşhur Məmmədov Şahbaz oğlu – 23%
Polyakova Tamara – 24%
Həsənova Nərminə Altay qızı – 10%
Səmədova Günay Mehdi qızı – 10%
Qasımova Aytac Mehdi qızı – 10%
///Yeniavaz.com / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat