Dövlət başçısı Qarabağ və Zəngəzurdan DANIŞDI

Dövlət başçısı Qarabağ və Zəngəzurdan DANIŞDI"Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Bir sözlə, baxmayaraq ki, biz böyük uğurlara nail olmuşuq, ölkə qarşısında problemlər kifayət qədər çoxdur və yerlərdəki bu problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Çünki dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Eyni zamanda, qanunvericilik orqanımız – Milli Məclis qanunlar qəbul edir. Prezident sərəncamlar imzalayır, dövlət proqramları qəbul edilir. Hökumət gündəlik fəaliyyətdə islahatların dərinləşməsi ilə bağlı addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür. Bundan əlavə, bizim uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə resursları buna imkan verir. Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur.
Əksinə, mən göstəriş vermişəm ki, xarici dövlət borcumuz ildən-ilə azalsın və keçən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10 faizə endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq", – dövlət başçısı bildirib.

Siyasi       Tarix: 19 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər son xabar bu gunun xeberleri xeber.az 2026