Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTO

Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTODövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTO
Bu gün Dövlət Gömrük Komitəsinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan onlayn formatda Kollegiya iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin kollegiya üzvləri əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Dövlət Gömrük Komitəsində onlayn formatda keçirilən Kollegiya iclasında çıxış edən Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilk olaraq gömrük əməkdaşlarını 30 yanvar peşə bayramı günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi zəfər münasibətilə təbriklərini çatdıran DGK sədri bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək sərkərdəlik qabiliyyəti sayəsində bütün sahələrdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndiriləməsi istiqamətində atdığı düşünülmüş,  qətiyyətli addımlar və Azərbaycan əsgərinin rəşadəti Vətən müharibəsindəki qalibiyyətimizi səciyyələndirən əsas amillərdir.  Komitə sədri onu da bildirib ki, vətən yolunda canlarından keçərək bizə tarixi zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik.
Gələcək hədəflər barədə danışan Səfər Mehdiyev bildirib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etmək, qarşıya qoyulan bütün vəzifələri vicdanla yerinə yetirməkdir.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2020-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr" barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov çıxış edib.
İsmayıl Hüseynov 2020-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18913 hüquqpozma faktının aşkar edildiyini bildirib.
Bundan başqa, iclasda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2021-ci il üçün İş Planı" təsdiq olunub.
Daha sonra Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatlarının verildiyi, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri diqqətə çatdırılıb.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
İclasdan sonra peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Vətən müharibəsində iştirak edən gömrükçü qazilərlə görüşüb. Görüşün əvvəlində Vətən Müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazilər qarşısında çıxış edən Komitə sədri Səfər Mehdiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazılan zəfər kimi yadda qalacaq. Komitə sədri diqqətə çatdırıb ki, 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü təmin edən bu qalibiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, uzaggörən siyasətinin və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin nəticəsidir.
Səfər Mehdiyev  bildirib ki, Vətən müharibəsində iştirak edən gömrükçü qazilər daim Azərbaycan gömrük xidmətinin qürur mənbəyidir və onların keçdiyi şərəfli döyüş yolu həmkarlarına nümunədir. O da vurğulanıb ki, qazilərin sağlamlıq, məişət problemləri daim diqqətdə saxlanılacaq, onların hərtərəfli qayğı ilə əhatə olunması üçün bütün zəruri addımlar atılacaq.
Görüş zamanı döyüşlərdə iştirak edən gömrükçü qazilər xüsusi rütbələr, fəxri fərmanlar və döş nişanları ilə təltif olunublar.
Qeyd edək ki, Vətən müharibəsində 60 nəfər gömrükçü iştirak edib və bir gömrük əməkdaşı Ülvi Hacıyev şəhidlik zirvəsinə ucalıb.
Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTODövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTODövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTODövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTO

Sosial       Tarix: 30 yanvar 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri xəbər cəbhədən xəbərlər ensonxeberler