Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənibDekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları"nın və "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar"ın təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
azxeber.com xəbər verir ki, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 25 avqust 2025-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilən qaydalar dövlət maliyyəsinin səmərəli idarəedilməsi, dövlət müəssisələrinin büdcə planlaşdırılmasında və fəaliyyətində şəffaflığının artırılması, dövlət müəssisələrində uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən edilməsi, habelə dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin müəyyən edilməsi məqsədi daşıyır.
Təsdiq edilən qaydalara əsasən, dövlət müəssisələrinin illik və ortamüddətli büdcə layihələri, proqnozları, eləcə də gəlir və xərc smetalarının icra vəziyyəti sistemli şəkildə monitorinq ediləcək, icra göstəriciləri təhlil olunacaqdır. Həmçinin dövlət müəssisələri tərəfindən dövlət büdcəsinə xalis mənfəətindən minimum 30 faiz məbləğində dividend ödəniləcəkdir.
Dövlət müəssisələri 2026-cı il aprelin 1-dən etibarən müəyyən edilmiş forma və müddətlərdə büdcə göstəricilərini və İFRS-ə uyğun maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edəcək, Nazirlik illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək, habelə aparılmış təhlillərin nəticələri barədə 2026-cı ildən başlayaraq rübdə bir dəfə olmaqla ölkə başçısına məlumat təqdim edəcək.
Sözügedən Fərmana əsasən dövlət müəssisələri əvvəlki illər üzrə maliyyə hesabatlarını və 2026-cı il üçün təsdiq edilmiş büdcələrini də 2026-cı il aprelin 30-dək Nazirliyə təqdim edəcəklər.
Qaydaların təsdiqi ilə bağlı müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Siyasi       Tarix: 30 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi sou xeberler bugun son xeber az son xeberler bugun 2026 azerbaycan