Dövlət Neft Fondunun büdcəsində dəyişiklik müzakirə olunub
Dövlət Neft Fondunun büdcəsində dəyişiklik müzakirə olunub
Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumatagörə, iclasda AR DNF-in 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və Fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda DNF-in uzunmüddətli dayanıqlığı məsələləri də ətraflı müzakirə olunub.
Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEK+ anlaşması üzrə hasilatın azalması və Dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.
DNF-nin büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edilib.
Turlar.az [newsid: 0-123300]

Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı