Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri elan olundu

Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri elan olunduDövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə iyunun 19-da keçirilən imtahanlarının nəticələri elan olunub.
Bu barədə azxeber.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyunun 19-da
DİM kağız daşıyıcılar vasitəsilə dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin inzibati icraçı vəzifələrə aid olan BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Namizədlər aşağıdakı keçidlər vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:
- dövlət qulluğuna qəbul;
- dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğuna qəbul imtahanında 2105 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 78 nəfər, BB1 altqrupu üzrə 115 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 171 nəfər, BB4 altqrupu üzrə 230 nəfər olmaqla, ümumilikdə 805 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında isə 155 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 26 nəfər, BB2 altqrupu üzrə 42 nəfər, BB3 altqrupu üzrə 45 nəfər, BB4 altqrupu üzrə 29 nəfər olmaqla, ümumilikdə 142 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Hər iki növ imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 21-23 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.

Sosial       Tarix: 21 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta enson xeberler cəbhədən son vəziyyət xeberler bu qun