Dövlət qurumları Vüqar Səfərlinin əmlakları ilə bağlı sorğulara cavab verdi

Dövlət qurumları Vüqar Səfərlinin əmlakları ilə bağlı sorğulara cavab verdiLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərlinin əmlaklarının müsadirə edilməsi ilə bağlı növbəti məhkəmə çəkişməsi yekunlaşır.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində bu məsələ ilə bağlı qərar iclası keçiriləcək.
Məlumat üçün deyək ki, xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilən Səfərlinin üzərinə həbs qoyulmuş bütün əmlakı müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə qərarı müsadirə edilən əmlaklara münasibətdə ləğv edib. Yüksək instansiya məhkəməsi belə qənaətə gəlib ki, bütün əmlakların dövlət nəfinə alınması məsələsinə yenidən baxılmalıdır.
Şikayət bu dəfə Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə araşdırılıb.
Vüqar Səfərlinin vəkili Hikmət Əliyev bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti və Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərib. Müdafiə tərəfi şikayətini belə əsaslandırır ki, Vüqar Səfərli müsadirə olunan əmlaklarını cinayət baş verən dövrdən daha əvvəl alıb. Qanun deyir ki, belə olan halda həmin əmlaklar müsadirə edilə bilməz.
Dövlət qurumlarına göndərilən sorğular da bu barədə olub. Məhkəməyə təqdim edilmiş sorğuya cavablar müdafiə tərəfinin dediklərini təsdiq edib. Qeyd olunub ki, məhkum müsadirə edilən əmlakları KİVDF sədri olmazdan əvvəl alıb. Bu əsasla vəkil Əliyev şikayətinin təmin edilməsini, əmlakların müsadirədən azad edilməsini xahiş edib.
Məhkəmə növbəti iclasda yekun qərarını açıqlayacaq.
Qeyd edək ki, Vüqar Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. O, 2021-ci ilin yanvarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinən eks-fond rəhbəri 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. / azxeber.com

Sosial       Tarix: 25 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Sosial şəbəkələrdə anonim hesabların artması ilə birlikdə təhqir və böhtan xarakterli paylaşımlar da daha geniş yayılmağa başlayıb. İstifadəçilər çox vaxt kimliyini gizlədərək digər şəxslərə qarşı təhqiramiz ifadələr işlədir

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıl

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v

Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı

Məhərrəmlik ayı yaxınlaşdıqca cəmiyyətdə dini mövzular ətrafında müzakirələr də artır. Xüsusilə yas və matəm günlərində musiqiyə qulaq asmağın din baxımından necə qiymətləndirilməsi ilə bağlı fərqli fikirlər səsləndirilir

Azərbaycanda əhalinin gəlirləri artdı

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin nominal gəlirləri artıb. xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi gəlirləri 37 milyard 699,8 milyon manat təşkil edib. Bu göstərici ötə

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır"

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub. Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsind

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi krimnal bugun hava haqqinda