Dövlət sərhəddini pozan Əfqanıstan vətəndaşları SAXLANILDI
Azərbaycanın dövlət sərhəddini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.
Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, entyabr ayının 29-da saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən 4 (dörd) nəfər Əfqanıstan Respublikasının vətəndaşları 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır