Dövlət Turizm Agentliyinin rəsmisi: "İstirahət mərkəzləri fürsətdən istifadə edib qiymətləri yüksəltməməlidir

Dövlət Turizm Agentliyinin rəsmisi: "İstirahət mərkəzləri fürsətdən istifadə edib qiymətləri yüksəltməməlidirDövlət Turizm Agentliyinin rəsmisi: "İstirahət mərkəzləri fürsətdən istifadə edib qiymətləri yüksəltməməlidir"
"Yay mövsümü iyunun 15-dən sentyabrın 15-nə kimi olan müddəti əhatə edir. Hələ ki fürsətimiz var, bir həftə simvolik də olsa, yay mövsümündən bəhrələnməliyik".
Bunu Lent.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
Məlum olduğu kimi, ölkə ərazisində karantin rejimi növbəti dəfə yumşaldılıb. Sentyabrın 8-dən paytaxtdan şəhərlərə, eləcə də rayonlara gediş-gəliş açılıb.
Görəsən, pandemiya dövründə ən çox ziyan dəyən turizm sektoru buna hazırdırmı? Bundan sonra bu sahənin fəaliyyəti necə tənzimlənəcək? Bölgələrimizdə pandemiyadan sonra turizmin tez və effektli dirçəlişi üçün nələr nəzərdə tutulub?
Kənan Quluzadə suallara cavab olaraq bildirib ki, insanların rayonlarda istirahətə böyük marağı var.
Həftə sonu üçün regionlardakı hotellərə sifarişlərin sayı çoxdur:
"Əsas məsələ ondan ibarətdir ki, yenidən sərtləşdirmə tədbirləri zərurəti yaranmasın. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Avqust ayında Nazirlər Kabinetinin pandemiya dövründə hotellərin fəaliyyətinin tənzimlənməsi qaydaları ilə bağlı qərarı olub və monitorinqlərin həyata keçirilməsi Dövlət Turizm Agentliyinə tapşırılıb. Monitorinqlərin bir müsbət məqamı da ondan ibarətdir ki, bəzi hotellər fəaliyyətlərini dondurub, onlar bilmirdilər bu qaydalarla işləyə biləcəklər, ya yox. Artıq beş hotel fəaliyyətini bərpa edib".
Kənan Quluzadə onu da əlavə edib ki, ümumən monitorinqlər ölkə üzrə 229 hoteli və mehmanxananı əhatə edib.
Kənan Quluzadənin fikrincə, gediş-gəlişin bərpası o demək deyil ki, istirahət mərkəzləri fürsətdən istifadə edib yüksək qiymətlər tətbiq etsinlər:
"Düzdür, qiymət məsələsi dövlət tərəfindən tənzimlənmir. Amma yenə də əhalinin azalmış gəlirləri nəzərə alınmalıdır və hər kəs öz büdcəsinə uyğun yerdə istirahət etməlidir. Biz çox ümid edirik ki, vətəndaşlarımız yaranmış fürsətdən istifadə edəcəklər. Amma xahişimiz var, yenidən sərt karantin rejiminin olmaması üçün qaydalara riayət etsinlər".
Onun sözlərinə görə, bundan sonra növbəti vacib mərhələ sərhədlərin açılması ilə bağlıdır:
"Daxili turizm başladı, növbəti hədəfimiz xarici ölkələrə gediş-gəlişin bərpası, sərhədlərin açılmasıdır. Biz araşdırırıq ki, bunu hansı mexanizmlərdən, hansı üsullardan istifadə edərək təmin etmək olar. Ümumən turizm dünyada və Azərbaycanda ən çox ziyan çəkən sahədir.
Bu ilin yalnız mart-iyul aylarında turizm sektorunda yaranan əlavə dəyər göstəriciləri ötən illə müqayisədə dörd dəfə az olub. Nəticədə turizm sektorunun ölkə iqtisadiyyatındakı xüsusi çəkisi fevral ayında 2,6 faiz olduğu halda, mayda bu göstərici 1,4 faizə enib. Bakı, Sumqayıt şəhərlərindən və Abşerondan rayonlara gediş-gəliş açıldığı üçün hesab etmək olar ki, Azərbaycanda daxili turizm faktiki olaraq, bərpa edilir. Ancaq daxili turizmin bərpası müəyyən şərtlərlə həyata keçirilir. Burada da əsas məsələ insanların sağlamlığının qorunmasını təmin etməkdir. Biz vətəndaşlara müraciət edirik ki, karantin qaydalarının yumşaldılmasından sonra yenidən sərtləşdirmənin olmaması üçün vacib olan qaydalara əməl etsinlər". /oxu.az

Turizm       Tarix: 11 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət cəbhədən xəbər xeberler bu qun metbuat