"OPEK"in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "OPEC+" üzvlərinin neft hasilatını artırmaq barədə qərarının Azərbaycanın neft gəlirlərinin xeyli azalmasına səbəb olacağı kimi şərh edilməsinə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, İ.Şaban pravda.az-a açıqlamasında deyib ki, "OPEC+"un oktyabr ayından gündəlik hasilatı 137 min barrel artırmaq qərarı əslində texniki xarakter daşıyır və "təklifin bazar ehtiyacına uyğunlaşdırılması" çərçivəsində qəbul olunub.
"Burada bir neçə məqam var. "OPEC+" mexanizmi – iyulda qəbul olunmuş plan əsasında hər ay hasilat, təxminən, 400 min barrel/gün artırılmalı idi. Amma faktiki olaraq bəzi ölkələr, xüsusilə də Rusiya, Qazaxıstan, Nigeriya və Anqola tam kvotalarını yerinə yetirə bilmirlər. Buna görə də real artım kağız üzərində nəzərdə tutulandan daha az olur. Müzakirələrdə bildirilən 137 min barel/gün rəqəmi məhz texniki düzəlişdir. Yəni ümumi artımın bölgüsündə olan paya uyğunlaşdırma. Hazırda Brent sentyabrın əvvəlində olan 66–68 dollar/barrel səviyyəsindəki qiymət diapazonunda ticarət edilir. Qiymətlərin ciddi şəkildə 60–65 dollar diapazonuna enməsi üçün qlobal bazarda neftə tələb artımı azalmağa meylli olmalıdır. Məsələn, ABŞ və Çində iqtisadi aktivliyin azalması, yüksək faiz dərəcələrinin təsiri və s. Qərarın Azərbaycana təsirlərinə gəldikdə isə, cari ilin I yarısında ixrac neftimizin orta qiyməti Maliyyə Nazirliyinin hesablamalarına əsasən, 73,8 dollar təşkil edib. Bu isə dövlət büdcəsində proqnoz edilən göstəricini 5,6% üstələyib. İlin ikinci yarısında qiymət hazırkı göstəricilər ətrafında olarsa, faktiki olaraq büdcədəki proqnoz və ya ona yaxın qiymətdə bərqərar olacaq. Bu isə o deməkdir ki, dövlət bu il üçün qarşısına qoyduğu məsələləri həll etməklə bağlı hansısa əlavə maliyyə borclanmasına getməyəcək. Bununla belə, qlobal bazarda neft qiymətlərinin büdcəmizə risk dərəcəsini azaltmaq üçün ilk növbədə büdcə vəsaitləri daha rasional xərclənməli və iqtisadiyyatın qeyri-neft sektorlarının inkişaf tempi artırılmalıdır", o bildirib.

Sosial       Tarix: 09 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler yeni xeberler azerbaycan xeberleri butun xeberler xeber cəbhədən görüntüleri xeberler az