Dövlət Xidməti İsmayıllıda maarifləndirici tədbir keçirdi - FOTOLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən İsmayıllı rayon 6 saylı orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edirdi.
Tədbirdə çıxış edən Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, onların həqiqi hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanması sahəsində görülən işlərdən danışıb. SHXÇDX-nin yerli struktur bölmələrinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin və həkim mütəxəssislərinin iştirakı ilə orta ümumtəhsil müəssisələrində "Narkomaniya və müasir gənclik", "Narkomaniya cəmiyyətin qəddar düşmənidir", "Narkomaniyaya qarşı hamılıqla mübarizə", "Zərərli vərdişlərə yox deyirik", "Narkomaniyaya qarşı mübarizə və sağlam həyat" mövzularında kütləvi tədbirlərin keçirildiyini vurğulayıb.
6 saylı məktəbin məzunu olmuş Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Mirzəyev 44 günlük müharibə ilə bağlı xatirələrini bölüşüb.
Konfransda çıxış edənlər orta ümumtəhsil məktəblərində təşkil edilən nümunəvi dərslərin, seminarların keçirilməsi zamanı sağlam həyat tərzinin təbliğinə, zərərli vərdişlərin insan sağlamlığına vura biləcəyi fəsadlara və hərbi xidmətə çağırışdan yayınmanın cinayət məsuliyyəti yaratmasına dair maarifləndirici söhbətlər aparılmasının əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirin sonunda bir neçə müharibə iştirakçısına "Vətən müharibəsi iştirakçısı" medalı təqdim edilib.










Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi