Dövlət Xidmətinin strukturu optimallaşdırıldı

Dövlət Xidmətinin strukturu optimallaşdırıldıÖlkə iqtisadiyyatının dayanıqlı inkişafı, aktiv vergi ödəyicilərinin sayının əhəmiyyətli şəkildə artması, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi və sahibkarlıq fəaliyyətinin aktivləşməsi vergi orqanlarının idarəetmə sisteminin müasir çağırışlara uzlaşdırılmasını zəruri edir. Bu zərurətdən irəli gələrək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunda optimallaşdırmalar aparılıb.
Dövlət Vergi Xidmətindən (DVX) KONKRET.az-a verilən məlumata görə, dəyişikliklər vergi daxilolmalarının müsbət dinamikasını artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını və vətəndaş məmnunluğunu təmin etmək, ümumilikdə risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək məqsədi daşıyır.
Aparılan islahatlar çərçivəsində əsas məqamlar bunlardan ibarətdir:
İşğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. İşğaldan azad edilmiş rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.
Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının və Böyük Qayıdışın sürətləndirilməsinə töhfə verilməsi, vergi inzibatçılığının ümumi idarəetmə modelinə uyğunlaşdırılması, vergi xidmətlərinə əlçatanlığın təmin edilməsidir.
Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.
Vergi risklərinin idarə edilməsi baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergidənyayınma risklərinin əvvəlcədən təhlili və müvafiq tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır. Bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq.
Bəzi funksiyalar mərkəzləşdirilib. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb. Qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.
Bundan başqa, 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalarla bağlı funksiyaları və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin kameral vergi yoxlamaları ilə bağlı funksiyası Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Bu dəyişiklik səyyar və kameral yoxlamalar sahəsində vahid yanaşmanın tətbiqi, yoxlamaların effektivliyinin artırılmasına imkan verəcək.

Sosial       Tarix: 27 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler en sonxeber son xeber 2026