Döyüş təyyarələri hərəkətə keçdi: Rusiya Avropanı ələ keçirir
Rusiya Liviya sahillərində hava sahəsini bağlaya və Avropanın təhlükəsizliyinə ciddi təhdid yarada bilər.
Publika.az xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRİCOM) çıxış edib.
AFRİCOM-un açıqlamasında bildirilir ki, Rusiya Liviyadakı "Vaqner" muzdlu döyüşçülərinə dəstək vermək üçün bu ölkəyə döyüş təyyarələri göndərib: "Kreml bu addımını gizlətmək üçün təyyarələri əvvəlcə Suriyaya göndərdi, ardınca Liviyaya gətirdi".
AFRİCOM-un komandanı general Stiv Tounsend bildirib ki, Rusiya Suriyada olduğu kimi Liviyada da güc balansını xeyrinə dəyişmək istəyir.
"Moskva Suriyada olduğu kimi Afrikada da hərbi gücünü artırmağa çalışır. Moskva Liviyada hərbi varlığını uzun müddətdir inkar etsə də, bu reallıqdır. Rusiyanın dördüncü nəsil döyüş təyyarələrini Liviyaya göndərməsini addım-addım izlədik. Haftar gücləri təyyarələri idarə edə bilmir, amma hava əməliyyatı keçirəcəklərini bəyan etdilər. Bu əməliyyat rus pilotlar tərəfindən həyata keçiriləcək" – amerikalı general bildirib.
AFRİCOM-un digər komandiri general Cef Harriqian isə bildirib ki, Rusiyanın sonrakı addımı hava sahəsini bağlamaq olacaq.
"Rusiya Liviya sahillərindəki bazaları ələ keçirərsə, növbəti addımda hava hücumundan müdafiə sistemlərini ora yerləşdirəcək. Bu baş verərsə, Avropanın cənubu ciddi təhlükəsizlik problemi ilə üz-üzə qalacaq", V.Harriqian qeyd edib.
Asif
Turlar.az [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi