Döyüşmək istəyən məhbuslar azad oluna bilər - AÇIQLAMA

Döyüşmək istəyən məhbuslar azad oluna bilər - AÇIQLAMASentyabrın 27-də Qarabağ cəbhəsində ermənilərin təxribatlarından sonra Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək üçün başlatdığı Vətən müharibəsindən 5 gün ötür. Hər keçən gün cəbhəyə yollanmaq üçün müraciət edənlərin sayı artmaqda, hərbi komissarlıqlar qarşısında sıxlıq yaranmaqdadır.
Bütün bunlar bir çox məsələlərlə yanaşı, həbsxanalardakı məhbuslarla bağlı bir məsələni də gündəmə gətirib.
Dustaqlar arasında peşəkar zabit və hərbi mütəxəssislər, eləcə də könüllü döyüşə getmək istəyənlər üçün "Amnistiya aktı" qəbul oluna, yaxud əfv sərəncamı verilə bilərmi?
Bununla bağlı çoxsaylı fikirlərə, təkliflərə rast gəlirik.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, bu işi təcili surətdə gerçəkləşdirmək lazımdır: "Ümumiyyətlə, müəyyən dərəcədə kiçik, hansısa bir insidentə, dalaşmaya, xüsusilə ağır cinayət olmayan əməllərə görə həbsdə yatan xeyli sayda hərbiçilərimiz, zabitlərimiz var. Hesab edirəm ki, onlara şans verilməlidir. Dövlət bu istiqamətdə addım atmalıdır. Onların əfv olunması və kim ki, könüllü olaraq döyüşə getmək istəyir, həmin şəxslərin proseslərə cəlb olunmaları yerində olardı. Bu, amnistiya yaxud da əfv formasında ola bilər. Amma təcili bu işi gerçəkləşdirmək lazımdır. Çünki onların təcrübəsinə ehtiyac var".
F.Mustafa Milli Məclisdə bu məsələnin qaldırılmasının mümkünlüyündən də söz açdı: "Əlbəttə, bu məsələ parlamentdə qaldırıla bilər. Əslində bu məsələni qanunverici orqanda qaldırmağı düşünürdüm. Sadəcə, indi proses elədir ki, ehtiyata yazılanlar kifayət qədər çoxdur. Bu, hər halda, tətbiq olunsa, çox yaxşı olardı".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da fərqli düşünmür: "Mən və digər dostumuz olan hüquq müdafiəçiləri bu məsələni çoxdan qaldırmışıq. Tovuz döyüşlərindən sonra hər an bu müharibənin olacağını gözləyirdik. Bizim hərbiçilər, həkimlər var ki, müxtəlif məsələlərlə bağlı həbsxanadadırlar. Onlardan ibarət bir batalyon təşkil etmək olar. Bunların bizə köməyindən başqa heç nələri ola bilməz. Biz bunu, dediyim kimi, çoxdan istəmişik. "Amnistiya Aktı" verilsəydi, çox təqdirəlayiq olardı. Eyni zamanda bu, cəmiyyətin bütün təbəqələri tərəfindən humanist bir addım kimi qəbul ediləcək. Bu gün Ali Baş Komandanımız yaxşı işlər görür. Onun addımları hər kəs tərəfindən rəğbətlə qarşılanır. Biz hüquq müdafiəçiləri olaraq, bu addımları müzakirə və təqdir edirik. Sona qədər hamımız bir olmalıyıq. Bir yerdə çalışmalıyıq ki, istəklərimizi həyata keçirək. "Amnistiya aktı", yaxud əfvlə nəzərdə tutduğunuz məhbuslar azad olunsalar, çox yaxşı olardı. Ümumiyyətlə, bizim siyahıda olan məhbusların da indiki vəziyyətdə buraxılmasını çox arzu edirik. Bütün dünya ilə bu qərarlardan sonra çox rahat danışa bilərik. Bu istiqamətdə ümidlərimiz çoxdur. Yadınızdadırsa, Tofiq Yaqublu barəsində deyirdim ki, onun azadlığa buraxılmasına ümidlərim çoxdur. Sonda da bu gerçəkləşdi. Bu günləri hər bir insana ehtiyacımız var, həmçinin qeyd etdiyiniz məhbuslara. Uzun illərdir ki, türmədə olan zabitlərimizə də böyük ehtiyac var". ("Yeni Müsavat") /open.az

Hadisə       Tarix: 05 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler