Dubnovun ŞƏRHİ: "Terrorçular hansı ağılla Azərbaycan Ordusu ilə savaşırdılar?

Dubnovun ŞƏRHİ: Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri Qarabağ ərazisindəki qanunsuz erməni hərbi birləşmələrinin təslim olması ilə nəticələndi. Cəmi bir gün davam edən antiterror tədbirlərindən sonra Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiya prosesi başlayıb. Əlbəttə, reinteqrasiya uzun prosesdir və mərhələ-mərhələ həyata keçirilməlidir. Dünən ilkin addımlar Yevlaxda atılıb və razılıq əldə olunub. Qarabağ  təmsilçiləri ərzaq məhsulları, yanacaq və digər zəruri malların göndərilməsini xahiş ediblər. Azərbaycan isə Qarabağdakı erməni vətəndaşlarına hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olduqdan sonra Ermənistanda əməlli-başlı qarşıdurma yaranıb və paytaxt İrəvanın küçələrinə axışan minlərlə insan baş nazir Paşinyanı satqınlıqda ittiham edərək istefasını tələb edir. Erməni mətbuatı da susmur. Düşmən ölkənin KİV-i baş verən hadisələrdən hələ də özünə gələ bilməyib və bir-birinə zidd məlumatlar dərc edir.
Məsələ burasındadır ki, sentyabrın 19-da və 20-də baş verənlər ermənilərin son üç ildə uğradığı məğlubiyyətin kulminasiya nöqtəsi idi. Ermənistan mətbuatının nümayəndələri isə fərqli mövqe nümayiş etdirir və yenə revanşist fikirlər səsləndirirlər. Ermənistanda fəaliyyət göstərən bəzi internet televiziyaları da məğlubiyyətə müxtəlif don geyindirir və günahkar axtarmaqda davam edirlər.
KONKRET.az xəbər verir ki, bu kanallardan birinə dəvət olunan rusiyalı politoloq Arkadi Dubnov isə bütün hadisələrdə erməniləri suçlayıb və Azərbaycanın haqq işini təqdir edib: "Qarşıdurmadan qaçmaq olardı. Amma həmin vəziyyəti erməni tərəfinin özü yaratdı. Son vaxtlar Qarabağda nə baş verdi? Hazırkı dram Arayik Arutyunyanın istefasından sonra daha da kəskinləşdi. Qondarma quruma Samvel Şahramanyan "prezident" seçildi. Bu adam kresloya yaxınlaşmamış elan elədi ki, Qarabağın statusu gündəmə gəlməli və müzakirə mövzusu olmalıdır.
Amma buna qədər ərazi məsələsi həll edilmişdi və status anlayışı aradan qaldırılmışdı. Azərbaycan tərəfi birmənalı bildirmişdi ki, hər hansı statusdan söhbət gedə bilməz və bu məsələ müzakirə olunmur. Ermənistan baş naziri Paşinyan da bununla razılaşıb.
Amma Şahramanyanın yenidən status məsələsini qaldırması Azərbaycana başqa çıxış yolu qoymadı. Və qərar qəbul edilidi ki, məsələni hərbi yolla həll etmək lazımdır. Mənə elə gəlir ki, Azərbaycanın başqa çıxış yolu yox idi. İndi sizə bir sual verim: Xankəndidəki Qarabağ rəhbərliyi Azərbaycanın gücündən xəbərdar deyildimi? Onlar anlamalıydılar ki, bu vəziyyətdə heç kim Qarabağda vuruşmağa gəlməyəcək. Ermənistan da onlara kömək edə bilməyəcək.
Əks halda, bu, Ermənistanın dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaqdı. Başa düşmürdülər ki, qüvvələr bərabər deyil və Azərbaycan erməni hərbi birləşmələrini dərhal məhv edəcək. Ona görə də cəmi bir sutkadan sonra Şahramanyanın rəhbərlik etdiyi qurum ağ bayraq qaldırdı və təslim olduğunu bildirdi. Qarabağın  "ictimai xadimləri" bunu əvvəlcədən hesablamalıydılar".
Bu isə gücün diqtə etdiyi reallıqdır. Artıq Azərbaycan öz suveren ərazilərinə nəzarət edir və irqindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlarının yanındadır. Qarabağda yaşayan erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır və onlar yaxın zamanlarda dövlətin hərtərəfli qayğısını hiss edəcəklər.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 22 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi kriminal axsam.az xeberler cəbhədən son məlumatlar