Kişilər və qadınlarda ürəyin fərqli döyünməsinin səbəbi tapıldı
Ürəyin təbii kardiostimulyatoru olan sinoatrial düyün kişi və qadınlarda fərqli fəaliyyət göstərir.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, yeni araşdırmalara əsasən, bu fərq ürək ritmini və aritmiya həssaslığını müəyyən edən genetik amillərlə bağlıdır.
Ohayo Dövlət Universitetindən Vadim Fyodorov deyib: "Biz ilk dəfə olaraq sinoatrial düyünün funksiyasını idarə edən genlərin cinsiyyətə xas olduğunu kəşf etdik".
Tədqiqatçılar donorların ürəklərini tədqiq edərək sinoatrial düyünün kardiostimulyator hüceyrələrində unikal genetik quruluşları müəyyən ediblər. Genetik təhlillər nəticəsində cinslər arasında fərqliliklər aşkar edilib.
Araşdırma nəticəsində qadınlarda daha sürətli ürək döyüntüsünü təşviq edən TBX3 və HCN1 genlərinin yüksək səviyyədə ifadə olunduğu məlum olub.
Kişilərdə isə elektrik keçiriciliyini poza bilən iltihab və kollagen istehsalı ilə əlaqəli genetik şəbəkələrin daha aktiv olduğu müəyyən edilib.
Bildirilir ki, bu kəşf ürək ritm pozğunluqlarının müalicəsində fərdiləşdirilmiş terapiya üçün yeni imkanlar yarada bilər.

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…