Ermənistanın Bakıya qarşı növbəti "ucuz oyunu" - Mirzoyanın ""sülhə hazırıq" ifadəsi BUNA HESABLANIB
"İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır". Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Bəs görəsən, Mirzoyanın "Sülh imzalamağa dərhal hazırıq" ifadəsinin arxasında nələr dayanır?
Mövzunu KONKRET.az-a politoloq Rizvan Hüseynov şərh edib:
"Əslində Mirzoyanın bu fikrinin arxasında bəzi məqamlar dayanır. Ermənistan tərəfi özünü guya sülhə yaxın ölkə kimi göstərmək istəyir. Eyni zamanda son günlər Trampın köməkçisi Vitkoff tərəfindən açıqlama verilib ki, Azərbaycan və Ermənistan "İbrahimi sazişi"nə qoşula bilər. Rəsmi Bakı və İrəvan arasında məsələ həll olunur və sülh çox yaxındır. Vitkoffun bu açıqlamasına Mirzoyan da dəstək vermək məqsədi güdür. O göstərmək istəyir ki, Ermənistan guya sülhə tam hazırdır. Əgər rəsmi Bakı mövqe ortaya qoymasa, sülhü əngəlləyən ölkə kimi Azərbaycanı göstərməyə çalışacaqlar. Bütün bunlar ucuz oyunlardır və Azərbaycanın mövqeyinə heç bir təsir göstərə bilməz. Rəsmi Bakının mövqeyi ortadadır. Konstitusiyanın dəyişdirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələ öz həllini tapdıqdan sonra sülh imzalanacaq. Ancaq razılaşdırılan bəndlər üzrə keçici sazişin imzalanması da mümkündür".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir