Dünya azərbaycanlıları ilə videogörüşlər davam edir
Dünya azərbaycanlıları ilə videogörüşlər davam edir
Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərinin və Qarabağda əldə edilən tarixi qələbədən sonra qarşıda duran vəzifələrin virtual müzakirələri davam etdirilir. Bu məqsədlə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın və diaspor rəhbərlərinin iştirakı ilə videogörüşlər geçirilir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Növbəti görüşlər İsveç, Niderland–Belçika, İsveçrə, İtaliya, İspaniya, Polşa, Almaniyada yaşayan azərbaycanlıların iştirakı ilə keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin, diaspor təşkilatlarının və ayrı-ayrı soydaşlarımızın təşəbbüsü ilə baş tutan müzakirələrin əsas istiqamətini qələbədən sonrakı dövrdə çevik fəaliyyət mexanizminin formalaşdırılması təşkil edib.
Keçirilən videogörüşlərdə Koordinasiya şuralarının əlaqələndiriciləri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, diaspor rəhbərləri və Dövlət Komitəsinin məsul şəxsləri iştirak ediblər.
Görüş iştirakçıları rəşadətli Azərbaycan ordusunun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi nəticəsində əldə edilmiş möhtəşəm qələbə münasibətilə bir-birlərini təbrik edib, Azərbaycan diasporunun bundan sonrakı fəaliyyət mexanizmləri barədə müzakirələr aparıblar.
Azərbaycanın milli dəyərlərinin təbliği məqsədi ilə xarici KİV-lərlə işin daha keyfiyyətli təşkili, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan diasporunun daha da güclənməsi, dövlətimizin milli maraqlarının və mənafeyinin qorunması istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR