Dünya bazarında neftin qiyməti dəyişir: Azərbaycanda benzin bahalaşacaq?

Dünya bazarında neftin qiyməti dəyişir: Azərbaycanda benzin bahalaşacaq?Dünya bazarında neft qiymətlərində müşahidə olunan dalğalanmalar qlobal iqtisadiyyatın əsas gündəm mövzularından biri olaraq qalır. Enerji resurslarının qiymətində baş verən hər bir dəyişiklik yalnız ixracatçı ölkələrin gəlirlərinə deyil, eyni zamanda yanacaq bazarı, nəqliyyat xərcləri və istehlak məhsullarının qiymətlərinə də təsir göstərir. Bir çox ölkələrdə neftin bahalaşması və ya ucuzlaşması daxili yanacaq qiymətlərində dərhal hiss olunsa da, Azərbaycanda tətbiq edilən tənzimlənən qiymət mexanizmi bu təsirin hansı formada əks olunduğu sualını aktuallaşdırır. Bəs dünya bazarında neftin qiymətindəki dəyişikliklər ölkə daxilində yanacaq tariflərinə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Vüqar Oruc bildirib ki, qlobal neft qiymətlərinin dəyişməsi əsasən beynəlxalq amillərlə bağlıdır.

"Qiymət dalğalanmaları OPEC qərarları, geosiyasi hadisələr, müharibələr, sanksiyalar, dövlətlərarası qarşıdurmalar, eləcə də dünya bazarında tələb və təklif balansının dəyişməsi ilə formalaşır. Bundan əlavə, birjalarda baş verən qiymət dəyişiklikləri də neftin dəyərinə təsir edən əsas faktorlardandır.
Dünya bazarında qiymət dəyişiklikləri cüzi olduqda bu, daxili yanacaq qiymətlərində ciddi dəyişiklik yaratmır. Tənzimlənən iqtisadi model tətbiq olunan ölkələrdə isə qiymətlərin azalması və ya artması yalnız dövlət qurumlarının qərarı ilə mümkündür".
V.Orucun sözlərinə görə, sərbəst bazar iqtisadiyyatının tam tətbiq olunduğu Avropa və ABŞ kimi ölkələrdə neftin bahalaşması yanacağın maya dəyərini artırdığı üçün daxili qiymətlər də birbaşa yüksəlir, ucuzlaşma zamanı isə əks proses müşahidə olunur.
"Azərbaycanda isə yanacaq qiymətləri bazar mexanizmi ilə deyil, dövlət tərəfindən müəyyən edilir. Bu funksiyanı Tarif Şurası həyata keçirir. Buna görə də dünya bazarındakı dəyişikliklər daxili qiymətlərə birbaşa təsir göstərmir.
Neft qiymətləri ölkə iqtisadiyyatına dolayı təsir edir. Belə ki, qlobal bahalaşma logistika və daşınma xərclərinin artmasına, nəqliyyat sektoruna, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinə, həmçinin tikinti materialları bazarına təsir göstərir. Logistik xərclərin yüksək paya malik olması səbəbindən dünya bazarındakı qiymət dəyişiklikləri müəyyən gecikmə ilə Azərbaycan bazarında da hiss olunur".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 24 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı