Dünya çempionu güllələnərək öldürüldü
Bahamiyalı yüngül atlet Çavez Hart Şimali Abakoda baş verən cinayət hadisəsində dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Eyewitness News məlumat yayıb.
Mənbənin sözlərinə görə, sentyabrın 3-də səhər saatlarında Hart dayanacaqda baş verən davanın iştirakçısına çevrilib. Dava baş verib və bu zaman iştirakçılardan biri silahı çıxararaq Harta atəş açıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Həkimlər idmançının ölümünü müəyyən ediblər.
Şübhəli polis tərəfindən tutularaq nəzarətə götürülüb. İstintaq davam edir.
Hart 2016-cı ildə 4×400 metr məsafəyə estafetdə qapalı məkanda keçirilən Dünya Çempionatının gümüş mükafatçısıdır.O, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmiş, lakin nə 100, nə də 200 metr məsafəyə qaçışda yarımfinala vəsiqə qazana bilməmişdir.
Bundan əvvəl ciu-citsu üzrə səkkizqat dünya çempionu braziliyalı Leandro Lonun San-Pauludakı gecə klubunda dava zamanı öldürüldüyü bildirilirdi .
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi