Dünya Meterologiya Təşkilatının fikrincə, Avstraliyada fəlakətli vəziyyət yaranıb

Dünya Meterologiya Təşkilatının fikrincə, Avstraliyada fəlakətli vəziyyət yaranıbAvstraliyada tüğyan edən meşə yanğınları minlərlə kilometr ərazini əhatə edir. Meşələrlə yanaşı orada yaşayan heyvanlar, o cümlədən koalalar da məhv olur. Son istirahət günlərində üç nəfər həlak olub. Yeni Cənubi Uels və Kvinslend ştatları od içindədir.
Open.az-ın məlumatına görə, AZƏRTAC BMT-nin xəbər saytına istinadla bildirir ki, BMT-nin sinoptik-ekspertləri və Avstraliyanın hakimiyyət orqanları ölkə sakinlərini sayıq olmağa çağırırlar.
Dünya Meteorologiya Təşkilatının (DMT) mətbuat katibi Kler Nullis Avstraliyada fəlakətli vəziyyət yarandığını bildirib. Burada eyni vaxtda davam edən yanğınlar yeni-yeni meşə massivlərini bürüyür. Kler Nullis qeyd edib ki, Avstraliyanın hakimiyyət orqanları yanğın təhlükəsinin fəlakətli həddə çatması barədə xəbərdarlıq ediblər. Təşkilatların sakinlərə ünvanlanmış əsas çağırışı belədir: "Qaçmaq, xilas olmaq lazımdır".
Sinoptiklərin proqnozlarına görə, quraqlıq hava hələ xeyli davam edəcək, yaxın günlərdə yağış yağacağı gözlənilmir. DMT-nin mətbuat katibi deyib: "Yanğınların səbəbləri çoxdur: torpaqda rütubətin aşağı səviyyəsi, havanın temperaturunun yüksək olması, küləyin istiqaməti və sürəti".
Onun sözlərinə görə, Yeni Cənubi Uels ştatında fövqəladə vəziyyət elan edilib. Bu ştatın bəzi hissələrində, həmçinin Böyük Sidney və Kvinslend rayonlarında fəlakətli yanğın vəziyyəti yaranıb. Bu, mürəkkəblik dərəcəsi ən yüksək olan yanğındır. Son illərdə Avstraliyada meşələrin və cəngəllikləri yanması geniş miqyas alması ötən əsrdə havanın sürətlə istiləşməsi ilə bağlıdır.
Kler Nullis deyib: "Avstraliya Meterologiya Bürosunun məlumatına görə, bu ilin yanvar-oktyabr aylarını əhatə edən dövr son 110 ildə ən isti mövsüm olub".
Son illərdə qızmar günlərin sayı kəskin şəkildə artıb. Nullis deyib: "Son onilliklərdə bir sıra regionlarda yanğınların çox geniş miqyas alması yanğınların daha uzun müddət davam etməsi, iqlim dəyişmələri, o cümlədən temperaturun yüksəlməsi ilə bağlıdır".
DMT-nin məlumatına görə, Avstraliyanın risk zonalarında yerləşən bir sıra rayonlarında son günlərdə havanın temperaturu 35 dərəcədən yuxarıdır, küləyin sürəti isə saatda 60-80 kilometrə çatır.
1967-ci ildən 2013-cü ilə qədər olan dövrdə Avstraliyada iri meşə yanğınları nəticəsində 433 nəfər həlak olub, daha 8 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Bu dövr ərzində meşə yanğınlarının vurduğu maddi ziyan təqribən 3,2 milyard dollara bərabər olub. /open.az

Hadisə       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xeber cəbhədən xəbərlər son xabar krminal bu gun