Dünya ölkələri HƏRƏKƏTƏ KEÇDİ - Koronavirusa qarşı hazırlanan DƏRMANLARIN SİYAHISI

Dünya ölkələri HƏRƏKƏTƏ KEÇDİ - Koronavirusa qarşı hazırlanan DƏRMANLARIN SİYAHISIYeni tip koronavirusu müalicə edəcək bir dərman hələ ki, yoxdur. Lakin firmalar xəstəliyə çarə tapmaq üçün bir-biri ilə sanki yarışa girib. Dərman şirkətləri, xüsusilə, Ebola, HİV kimi ölümcül xəstəliklərdə istifadə edilən peyvəndlərə ümid edir. Onları koronavirusa qarşı təkmilləşdirir.
Ümidverici açıqlama
Çinin Təhsil və Texnologiya nazirinin köməkçisi Şu Nanpinqdən ümidverici açıqlama gəlib. O, Kovid-19 vaksininin klinik araşdırmalarının aprel ayına qədər hazır olacağını söyləyib. Çin Milli Tibbi Məhsullar İdarəsi də anti-viral dərman olan "Favilavir"in koronavirusa qarşı müalicə məqsədilə istifadəsini təsdiq edib. 70 xəstə üzərində sınaqdan keçirilən dərman müsbət effekt verib.
İşin başında ABŞ dayanır
*"Altimmune" firması koronavirusa qarşı burun spreyi ərsəyə gətirib. Qripin müalicəsi üçün istifadə olunan "NasoVAX"a bənzəyən bu dərmanın sınaqdan keçirilməsi heyvanlar üzərində olacaq.
*Digər bir Amerika şirkəti "Inovio Pharmaceuticals" köhnə vaksin olan "INO-4800"ü koronavirusa qarşı təkmilləşdirmək üçün hərəkətə keçib. Kliniki araşdırmalara başlayan firmaya 9 milyon dollarlıq büdcə ayrılıb. Firma ABŞ, Çin və Cənubi Koreyadakı xəstələr üzərində sınanması üçün min doza hazırlayıb. Nəticələrin sentyabr ayına qədər bəlli olacağı düşünülür. İlin sonuna qədərsə bir milyon doza hazırlanacaq.
*Kanadanın "Algernon Pharmaceuticals" firması da vaksin hazırlamağa başlayıb. "NP-120" dərmanını müalicə üçün təkmilləşdirəcək firmanın bu vaksini H5N1 virusuna yoluxmuş siçanlar üzərində keçirilən sınaqlarda müsbət nəticələr vermişdi.
*ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun nəzdindəki Peyvənd Araşdırma Mərkəzi koronavirusa qarşı hərəkətə keçib. Mərkəz peyvənd ərsəyə gətirmək üçün əməkdaşlığa başlayıb. Virusun Spike (S) proteinini hədəf alan peyvəndin ilk şüşələri Massaçusets əyalətindəki müəssisədə istehsal olunub. Sınaq gələn ay olacaq.
*"Tonix Pharmaceuticals" qazanc məqsədi olmayan "Southern Research" araşdırma qurumu ilə "TNX-1800" adlı anti-koronavirus peyvəndinin istehsalı üçün əməkdaşlıq qurub.
*Baş ofisi ABŞ-da yerləşən "Vaxart" firması verbal qəbul edilən tablet istehsal edir.
*Avstriyanın "APEIRON Biologics AG" biotexnologiya şirkətinin "APN01" adlı dərmanı da mübarizəyə qoşulub. Dərmanın qaynağı Britaniya Kolumbiyası Universitetindəki professorun SARS ilə mübarizəsindədir. Dərmanın pilot sınağı Çində olacaq.
*İsrailin MIGAL Galili Araşdırma İnstitutu quş qripi üçün təkmilləşdirilən Yoluxucu Bronxit Virusu (IBV) peyvəndini Kovid-19-a qarşı hazırlayacaq. 4 illik araşdırmadan sonra tapılan vaksin 10 həftə sonra testə hazır olacaq.
Çin mərkəzli qlobal biotexnologiya şirkəti olan "Clover Biopharmaceuticals" S proteininə (S-Trimer) istinad edən koronavirus vaksini yaradıb. 10 fevralda məməli üzərində sınaqdan keçirilib.
Ebolanın düşməni yeni ümid ola bilər
"Gilead Sciences" tərəfindən Ebola epidemiyasına qarşı təkmilləşdirilən "GS-5734" dərmanının Asiya ölkələrində kliniki işləri başlayıb. Dərman virusun yayıldığı ərazi olan Çinin Uhan şəhərindəki 761 xəstə üzərində sınaqdan keçirilib. Nəticəsi bir neçə günə bəlli olacaq. "Yeni İngiltərə" tibb dərgisinin hesabatına görə, ABŞ-dakı koronavirus xəstəsinə tətbiq edilən dərman pozitiv nəticələr verib. Nebraska Universiteti Tibb Mərkəzi də dərmanın etibarlılığını və təsirini test etmək üçün işlərə başlayıb. Mərkəzin dərmanı tətbiq edəcəyi ilk xəstə "Diamond Princess" sərnişin gəmisindən təxliyə edilən şəxs olacaq.
Anti-viral dərman olan "Galidesivir" (BCX4430) koronavirus daxil olmaqla, bir çox çeşidli patogenlərə qarşı geniş spektrumlu aktivlik göstərib. Ebola, Zika, Marburq və Sarı qızdırmaları kimi ölümcül viruslara yoluxan xəstələrin həyatla vidalaşmasına əngəl olub.
CEL-SCI LEAPS peptit texnologiyasından istifadə edərək Kovid-19-a qarşı immune-terapiya təkmilləşdirir. Bu texnologiya ilə yaşlı xəstələrin ağciyər infeksiyasından qaynaqlanan iltihabları azalacaq.
"Mateon Therapeutics" süni intellektdən faydalanaraq cavab proqramı hazırlayıb. Firma Kovid-19 müalicələri ilə yanaşı, gələcəkdəki digər epidemiyaların qarşısını almaq üçün çoxmodlu yanaşma bölümü qurub.
İran da koronavirusa qarşı "Actemra" adlı dərman hazırladığını açıqlayıb.
Zümrüd /publika.az

Dünya       Tarix: 12 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari xeberlər qurban bayrami 2026 xeberler bugun