Dünya yeni güc mərkəzinin şahidinə çevrilir: NATO-Yaponiya əlaqələri gücləndirilir
NATO və Yaponiya qlobal təhlükəsizliyə töhfə vermək üçün ikitərəfli münasibətləri gücləndirmək barədə razılığa gəlib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, NATO-Yaponiya ikitərəfli əməkdaşlığının gücləndirilməsi məqsədilə Yaponiya Baş Qərargahının rəisi general Yamazaki Koji Tokioda NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer ilə görüşüb.
Belə ki, görüşdə Rusiyanın Ukraynaya hücumlarının Hind-Sakit okean hövzəsində mümkün fəsadları müzakirə edilib və qarşılıqlı əlaqələri gücləndirmək barədə razılığa gəlib.
Bauer Rusiya prezidenti Putinin "Güc qanunu ilə qanunun gücünü məhv etməyə çalışdığını" bildirib. O, Tokio hökumətinin alyansa verdiyi töhfələri "həyati vacib" adlandırıb.
Həmçinin bölgədə gözlənilməz hadisələrə qarşı Qərblə koordinasiyanı artırmağı planlaşdıran Yaponiyanın baş naziri Fumio Kişidanın ayın sonunda Madriddə keçiriləcək NATO Zirvə toplantısında iştirak edəcəyi bildirilib.
İqbal Rzayev,
KONKRET.az

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun