Dünya yeni ilini bu bəla ilə başladı: Qərbin bilərəkdən yaratdığı SİSTEM

Dünya yeni ilini bu bəla ilə başladı: Qərbin bilərəkdən yaratdığı SİSTEMABŞ-də qeyri-qanuni miqrasiya ilə bağlı bir neçə aydır davam edən daxili siyasi böhran dərinləşir. Vaşinqton çox güman ki, Avropa ölkələrində yaranan tendensiyaları izləyəcək və miqrantlarla bağlı siyasətini sərtləşdirəcək. Avropada qanunsuz miqrantlara qarşı mübarizə, əsasən, siyasi, iqtisadi və ekoloji fəlakətlər nəticəsində yaranıb. Qaçqınlara qarşı tədbirlər irqçi və islamofob nağıllarla əsaslandırılır. Hətta ifrat sağçı milyarder İlon Mask qanuni miqrasiyanın genişləndirilməsinin tərəfdarıdır. Mask dəfələrlə bildirib ki, vaxt gələcək, Avropa ölkələrində işləməyə adam tapılmayacaq. Ona görə də Avropa qanuni miqrasiyanı artırmalıdır.
İndi miqrantlardan "millət" yaratmaq qabiliyyəti ilə fəxr edən Amerikada da miqrasiya məsələlərinə təhlükə mənbəyi kimi baxılır. Bayden administrasiyası qeyri-qanuni miqrant axını və bunun nəticəsində ABŞ-nin təhlükəsizliyinə təhdidləri aradan qaldırmamaqda günahlandırılır. Belə ki, milyonlarla insanın sərhədi qanunsuz keçməsi narkotiklərin axını və digər cinayət hadisələri ilə nəticələnir.
Son illər ABŞ-yə miqrant axını xeyli çoxalıb. Dekabrda sərhəd pozucularının sayında rekord göstərici qeydə alınıb. Məlum olub ki, gün ərzində Amerika sərhədlərindən 14,5 min insan qeyri-qanuni immiqrasiya edir. Ümumilikdə, 2023-cü ildə ABŞ – Meksika sərhədində 2,47 milyon bu cür hadisə qeydə alınıb. 2022-ci ildə bu rəqəm 2,37, 2021-ci ildə 1,73 milyon, 2019-cu ildə isə bu göstərici cəmi 977,5 min olub. Mövcud böhranın bir hissəsi Amerika təhlükəsizlik qüvvələrinə miqrantları dərhal qovmağa imkan verən prosedurun ləğvi ilə bağlıdır.
Şübhəsiz ki, Birləşmiş Ştatlar miqrantlara qarşı siyasətini sərtləşdirəcək və Avropa tendensiyasını izləyəcək. Dekabrın sonunda Fransada mübahisəli yeni immiqrasiya qanunu qəbul edildi. Bəziləri bunu nasist tərəfdarı Vişi rejiminin qanunları ilə müqayisə etdi. Hətta bəzi nazirlər qanunun qəbuluna etiraz olaraq istefa verdilər. Axı qanun təhlükəli vəziyyət yaradır. Məsələ burasındadır ki, yeni qanunla mühacirlərin sosial və tibbi yardımı məhdudlaşır ki, bu da cəmiyyətdə sosial partlayışa səbəb olacaq. Mühacirlərlə bağlı şikayətlər daha çox irqçiliklə bağlıdır. Məsələnin kökündə islamofobiya dayanır. Ərəblərə, türklərə qarşı nifrət aşılayan ultramillətçilər Fransada ümumbəşəri dəyərləri məhv etməklə məşğuldurlar.
Əslində, Qərb ölkələrinə immiqrasiya edən insanlar müxtəlif millətlərin nümayəndələri, ayrı-ayrı mədəniyyətin daşıyıcısı olsalar da, yeni cəmiyyətə uyğunlaşmağa hazırdırlar. Hətta monoetnik miqrant ailələrinin uşaqları, ümumiyyətlə, öz dillərini, mədəniyyətlərini və hətta dinlərini də itirirlər.
Xatırladaq ki, Qərbin müstəmləkə imperiyaları "sivilizasiya" bayrağı altında dünyanın yarısını talan etdilər. Həmin ərazilərdə iqtisadiyyatın və milli mədəniyyətlərin inkişafını ləngitdilər.
Miqrasiya edən insanların əksəriyyəti aztəminatlı təbəqəyə aiddir. Afrikadan, Asiyadan və ya Latın Amerikasından Avropaya və ya Amerikaya qaçmaq baha başa gəlir. Buna baxmayaraq, müxtəlif yollarla pul əldə edən insanlar Qərbdə məskunlaşmaya üstünlük verirlər.
Miqrantlar üçün nəzərdə tutulan ərazilərdə məskunlaşan gəlmələrə münasibət birmənalı deyil. Burada yalnız pulu olanlar həyatlarını dəyişə bilərlər. Qeyri-qanuni miqrasiyanı Qərbin iqtisadi sistemi bilərəkdən yaradıb. Qərb mediası miqrasiyanın qəfil artımı haqqında rəvayətlər yazır. Bu işdə "avtoritar rejimlər"i günahkar hesab edən Qərb rəsmiləri əslində miqrant axınının əleyhinə deyil. Məsələn, noyabr ayından qeyri-qanuni miqrasiyanın artması bəhanəsi ilə Finlandiya Rusiya ilə sərhədini bağlayıb. Hələ əvvəllər Polşa və Baltikyanı ölkələr Belarus və Ukrayna ilə sərhədlərlə bağlı eyni tədbirləri görürdülər. Eyni zamanda, Britaniya hökumətinin tez-tez sığınacaq axtaranlara sürprizləri olur. İngilislər qeyri-qanuni miqrantları dərhal Afrikaya, daha dəqiq desək, Ruandaya göndərir.
2000-ci illərin ortalarında qeyri-qanuni miqrasiya axınının artdığını görən Avropa İttifaqı qonşu ölkələrlə razılaşaraq, qaçqınları Aİ-nin sərhədinə yaxın buraxmamaq barədə razılıq əldə etdi, Liviya ilə saziş bağladı. Buna görə Qəddafi 2011-ci ildə Aİ ölkələrinin Liviyanın işğala başlamaq qərarına təəccübləndi. Liviyada "demokratik inqilab"ın nəticəsi özünü çox gözlətmədi. Və ölkədən Avropaya gedən qaçqınların sayı dəfələrlə artaraq ildə 200 min nəfərə çatdı. Səbəb "Qəddafi lənəti"nin mistikası deyil, sadəcə bayağı siyasi-iqtisadi avantüradır.
Sonra Suriyada vətəndaş müharibəsini alovlandıran Qərb bir tərəfdən də müxalifəti qızışdırdı. Digər tərəfdən isə münaqişənin real həllində onlara kömək etmədi. Nəticədə milyonlarla insan isti yurd-yuvasını tərk etdi.
Sonra NATO ölkələri artıq öz şərq sərhədlərində qonşu dövlətlərlə əməkdaşlıqdan imtina etmək təcrübəsini Yaxın Şərqdə sınaqdan keçirməyə başladılar. 2000-ci illərdən Avropa ölkələri Lukaşenko və Putinlə sərhəddə əməkdaşlıq barədə razılığa gəlmişdilər. Reklam olunmayan hissə Belarus və Rusiya təhlükəsizlik qüvvələrinin liviyalı həmkarlarının Qəddafi dövründəki işi görmək öhdəliyi idi. Amma 2020-ci ildə Aİ ölkələri Belarusla ortaq olmaq istəmədiklərini qərara aldılar. Buna cavab olaraq Minsk belə çirkin işləri görməkdən imtina etdi.
Görünür, ötən ilin payızında Rusiya – Finlandiya sərhədində də oxşar hadisə baş verib. Helsinki Kremllə əlaqəni kəsmək qərarına gəldikdən sonra rəsmi Moskva əvvəllər keçidinə icazə vermədiyi qaçqınları sərhədə buraxıb.
İndi Qərbin bu strategiyası həm özü, həm də bütün dünya sistemi üçün real təhlükə yaradır. Qərb miqrant axını ilə sadəcə siyasi alver edir. Nəticədə qeyri Avropa xalqları aşağılanır və onların davamlı istismarı davam edir. Bu da deməyə əsas verir ki, miqrasiya axınının güclənməsi gec-tez mövcud sistemi çökdürəcək.
Vəli Həsənov,
KONKRET.az

Sosial       Tarix: 10 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Evlərin sığortalanması mövzusu aktual olsa da, bir çox insanlar bu imkanlardan istifadə etmir. Bunun əsas səbəbləri arasında məlumat azlığı, əlavə xərc kimi qəbul edilməsi və risklərin düzgün qiymətləndirilməməsi göstərilir

Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb

Cəlilabadda montyoru elektrik cərəyanı vurub. Hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər havanın temperaturu xəbər meherremlik 2026