Hava nə vaxta qədər belə olacaq?
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən azxeber.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcək.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma