Rüfət Əzizov: "QS reytinqindəki irəliləyişimiz təsadüfi deyil, sistemli inkişafın nəticəsidir

Rüfət Əzizov: Məlum olduğu kimi, ölkə tarixində ilk dəfə 6 universitetimiz "QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib.  
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov məsələ ilə bağlı "Azərbaycan müəllimi"nin suallarını cavablandırıb.
- Rüfət müəllim, bu il Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS dünya reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Bu nailiyyəti necə qiymətləndirirsiniz?
- ADNSU-nun "QS World University Rankings 2026" reytinqində dünyanın ən yaxşı 851–900 universiteti sırasında yer alması bizim üçün sadəcə statistik bir nəticə deyil. Bu, universitetin son illərdə ardıcıl şəkildə həyata keçirdiyi sistemli transformasiyanın təsdiqidir. Ötən ilki mövqelərlə müqayisədə (1001–1200) irəliləyiş struktur islahatları, tədris keyfiyyətinin yüksəldilməsi və beynəlmiləlləşmə istiqamətində görülən işlərin göstəricisidir.
- Hansı əsas göstəricilər bu nəticəyə təsir edib?
- Bu il ən yüksək nəticəni tələbələrə göstərilən akademik dəstək göstəricisi üzrə əldə etmişik – 73,3 bal. Xarici müəllimlərin payı üzrə 46,8 bal, məzunların məşğulluğu üzrə isə 45,0 bal toplamışıq. Bu rəqəmlər onu göstərir ki, ADNSU yüksək tədris keyfiyyəti ilə beynəlxalq əmək bazarına rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması prinsiplərini uğurla özündə birləşdirir. Beynəlxalq proqramlar və fakültələrin inkişafı da bu uğurun əsas komponentlərindəndir.
- Bu nailiyyətlərin ölkənin ali təhsil sistemi üçün əhəmiyyəti nədən ibarətdir?
- Bu gün QS reytinqində Azərbaycanın 9 universiteti təmsil olunur. Bu rəqəm əvvəlki illərlə müqayisədə üç dəfə çoxdur. Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan dünya üzrə ikinci yerdədir (6 ali məktəb) və bu göstərici üzrə yalnız Hindistandan geri qalır (8 ali məktəb). Həmçinin Azərbaycan builki reytinqdə Qafqaz regionunun digər ölkələrinin birlikdə təqdim etdiyi universitetlərdən üç dəfə artıq ali məktəb ilə təmsil olunur.
ADNSU ölkə üzrə ilk üçlükdə yer alır və bu, təkcə universitetimizin nüfuzunun artmasını deyil, həm də Azərbaycanın qlobal təhsil məkanında mövqeyinin möhkəmləndiyini göstərir. Universitetlərimiz getdikcə daha tanınan, rəqabətədavamlı və beynəlxalq akademik platformalarda ölkəni layiqincə təmsil etməyə qadir bir səviyyəyə qalxırlar. 
- ADNSU-nun yaxın illər üçün əsas strateji hədəfləri nələrdir?
- Əsas məqsədimiz universiteti tamhüquqlu tədqiqat mərkəzinə çevirməkdir. Bu il artıq müasir laboratoriyalar – "Energynet.Lab", "Cybersecurity Lab", riyaziyyat tədqiqatları mərkəzi və digər elmi bölmələr yaradılıb və fəaliyyət göstərir. Kimya mühəndisliyi, elektroenergetika, süni intellekt, bərpaolunan enerji və rəqəmsallaşma əsas prioritet sahələr kimi müəyyən edilib. Həmçinin diferensial ödəniş sisteminə əsaslanan tədqiqatçı heyətin işə qəbulu elan olunub. Universitetdə eyni zamanda elmi araşdırmaları stimullaşdırmaq üçün dəstəkləyici mexanizm mövcuddur – bu sistemdən yararlanan 270 professor-müəllim heyətinin əməkhaqqına diferensial əlavələr edilir. Gələcəkdə doktorant və magistrant sayını da artırmağı nəzərdə tuturuq. 
- Bu hədəflərin reallaşdırılmasında beynəlxalq əməkdaşlıqlar nə dərəcədə rol oynayır?
- Beynəlxalq tərəfdaşlıq inkişaf strategiyamızın əsas alətlərindən biridir. ADNSU-nun Böyük Britaniyanın Uorvik Universiteti və Fransanın Strasburq Universiteti ilə ikili diplom proqramları mövcuddur və bu proqramlarda hazırda 800-ə yaxın tələbə təhsil alır.
Bundan əlavə, ADNSU Koç Universiteti (Türkiyə), Lissabon NOVA Universiteti (Portuqaliya), Miskolç Universiteti (Macarıstan), Satbayev Universiteti (Qazaxıstan) və digər nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu əməkdaşlıqlar yalnız akademik mübadilə ilə məhdudlaşmır – həm də ortaq tədqiqat layihələri, ikili diplom proqramları və beynəlxalq təhsil forumlarında iştirak kimi istiqamətləri əhatə edir.
Son 3 ay ərzində Qazaxıstan və Özbəkistandan 200-ə yaxın magistrant ADNSU-da elmi təcrübə keçib. Eyni zamanda universitet tədris proqramlarının keyfiyyətini artırmaq üçün intensiv işləyir: hazırda mövcud olan 30 proqramdan 18-i FIBAA və ASIIN kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən akkreditasiyadan keçib. Bu da bizim təhsil fəaliyyətimizin beynəlxalq standartlara tam uyğun olduğunu göstərir.
- Universitetin beynəlxalq səviyyədə tanınmasını sübut edən başqa göstəricilər varmı?
- Bəli. ADNSU bu yaxınlarda "QS Stars" beynəlxalq auditindən keçərək mümkün olan maksimum qiymət – 5 ulduz alıb. Audit 9 meyar üzrə aparılıb və biz 7 sahə – tədris, akademik inkişaf, beynəlxalq əlaqələr, infrastruktur, məşğulluq, idarəetmə və ekoloji dayanıqlılıq üzrə ən yüksək nəticələri göstərmişik. Bu, universitetimizin fəaliyyətinin beynəlxalq standartlara uyğun həyata keçirildiyinin bariz göstəricisidir.
- Sonda bir əlavəniz varmı?
- Bütün bu uğurlar ADNSU kollektivinin səmərəli fəaliyyəti, tələbələrin fəal iştirakı və beynəlxalq tərəfdaşlarımızın dəstəyi sayəsində mümkün olub. Ancaq biz reytinq göstəricilərini məqsəd deyil, vasitə hesab edirik. Əsas hədəfimiz bu reytinqlərin əsaslandığı dəyərləri – keyfiyyət, şəffaflıq, dayanıqlılıq və açıqlığı universitetin gündəlik həyatının bir parçasına çevirməkdir.
Qeyd etməliyəm ki, vaxtilə qlobal arenada "Azİİ" brendi ilə tanınan universitetimiz bu gün də həmin uğurlu tarixini davam etdirməyi, elmi-texniki potensialın inkişafını və universiteti yalnız reytinqlərə uyğunlaşan deyil, həm də bu reytinqlərin formalaşmasına təsir edən intellektual bazaya çevirməyi qarşıya məqsəd qoyub.
QS reytinqində qazandığımız uğur isə yalnız universitetimizin daxili transformasiyasının nəticəsi deyil. Bu, eyni zamanda ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu təhsil siyasətinin göstəricisidir. Həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ADNSU-nun beynəlxalq platformalarda mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır. / azxeber.com

Sosial       Tarix: 22 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbərlər qurban bayrami 2026 cəbhədən son xeber cəbhədən görüntülər