Dünyada ən yüksək maaş alan baş direktorlar - SİYAHI
Sinqapur Hava Yollarının (Singapore Airlines) baş direktoru Qo Çun Fonq sənayedə ən yüksək maaş alan rəhbərlərdən biri seçilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, baş direktor son maliyyə ilində təxminən 5 milyon dollar qazanıb ki, bu da əvvəlki illərlə müqayisədə 86% artım deməkdir.
Pandemiya böhranından rekord illik mənfəətlə çıxdıqdan sonra Sinqapurda yerləşən şirkət işçilərinə təxminən səkkiz aylıq əmək haqqı məbləğində bonus ödəyəcəyini bildirib.
Agentliyin məlumatına görə, "Singapore Airlines"in baş direktorunun maaşı Amerika aviaşirkətlərinin rəhbərləri səviyyəsinə çatmasa da, o, əksər digər şirkətləri qabaqlayır.
Şirkətin sənədlərinə və illik hesabatlara görə, "United Airlines"dən Skott Kirbi 9,8 milyon dollar, "Delta Air Lines"dən Ed Bastian 9,6 milyon dollar, "British Airways"dən Luis Qaleqo 3,3 milyon dollar və "Qantas Airways"dən Alan Coys 3,7 milyon dollar maaş alıb.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi