Dünyada ərzaq BAHALAŞIR
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, 2025-ci ilin aprel ayında qlobal ərzaq qiymətləri mart ayı ilə müqayisədə 1% artıb.
KONKRET.azMilli.Az-a istinadən xəbər verir ki, FAO Ərzaq Qiymətləri İndeksinin (ƏQİ) orta göstəricisi 128.3 bal təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2 bal çoxdur.
Ərzaq qiymətlərindəki ümumi artım əsasən dənli bitkilər, süd məhsulları və ətin bahalaşması ilə bağlıdır. Baxmayaraq ki, şəkər və bitki yağlarının qiymətində azalma müşahidə olunub, bu amillər ümumi göstəriciyə təsir etməyə kifayət etməyib.
Xüsusilə, ət qiymətləri nəzərəçarpacaq dərəcədə bahalaşıb. Aprel ayında bu kateqoriya üzrə indeks 3.7 bal (3.2%) artaraq 121.6 bala yüksəlib.
Qeyd edək ki, FAO Ərzaq Qiymətləri İndeksi dünyada ən çox ticarət olunan 5 əsas ərzaq qrupu – dənli bitkilər, bitki yağları, süd məhsulları, ət və şəkər – üzrə beynəlxalq qiymətlərin aylıq dəyişimini ölçür.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA