Dünyada sutka ərzində yoluxma sayı 373 mini ötdü
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 373 mindən çox olub.
Publika.az pandemiyanın onlayn statistikasını aparan "worldometers.info" saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 373 min 216 nəfər yeni koronavirusa yoluxub, 5 min 913 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 225 milyon 449 min 49, ölənlər isə 4 milyon 643 min 667 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı ABŞ-da (35 min 450 nəfər), bu xəstəlikdən ölüm faktı isə Rusiyada (788 nəfər) qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (41,8 milyon), Hindistan (33,2 milyon), Braziliya (20,9 milyon), Böyük Britaniya (7,2 milyon), Rusiya (7,1 milyon), Fransa (6,9 milyon) və Türkiyədə (6,6 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi
Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident