Dünyada yeni günəş doğur - Azərbaycan Cənub və Şimal arasında körpüyə çevrilir

Dünyada yeni günəş doğur - Azərbaycan Cənub və Şimal arasında körpüyə çevrilirSon dövrlər Bakıya edilən ardıcıl səfərlər, Prezident İlham Əliyevin Çinə yüksək səviyyəli rəsmi səfəri və əldə olunan çoxvektorlu razılaşmalar Azərbaycanın geosiyasi müstəvidə həlledici aktora çevrilməsinin bariz nümunəsidir. Çox qısa müddətə suverenliyini bərpa edən ölkənin dünya gücləri tərəfindən qəbul edilməsi bir daha təsdiq edir ki, həyata keçirilən və çox yüksək peşəkarlıqla icra olunan praqmatik və müstəqil diplomatik siyasət kursu qarşımızda çox geniş imkanlar açır.
İran Prezidenti Məsud Pezekşianın ölkəmizə səfəri və səfər çərçivəsində səsləndirilən bəyanatlar çox mühüm əhəmiyyət kəsb edir. İran Prezidenti indiyə qədər heç bir sələfi tərəfindən səslənməyən aydın bəyanatlar verərək, ölkəmizə və onun liderinə olan yüksək etimadı ifadə etdi. Bu, öz növbəsində İranın regional reallığı qəbul etməsinin yüksək səviyyədə etirafı kimi də qiymətləndirilə bilər.
Prezidentin Çinə rəsmi səfəri çərçivəsində strateji razılaşmalar əldə edildi. Ayrı-ayrılıqda 20-dən artıq saziş imzalandı, Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rəsmiləşdirildi. Əliyevin ən ali səviyyədə qarşılanması da səfərə xüsusi rəng qatırdı. İki ölkə arasında bununla da tarixi və strateji münasibətlər dövrünün əsası qoyuldu, təmaslar keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu.
Yaxın günlərdə isə İsrailin Baş naziri Netenyahu da Bakıya səfər edəcək. Onun beşgünlük səfərində də mühüm razılaşmaların əldə ediləcəyi gözlənilir. Bu, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasındakı münasibətlərin bərpasında strateji rol oynamasının təzahürüdür. Netanyahunun Bakıda səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də ciddi müzakirə mövzusudur.
Bu xüsusda bir neçə gün öncə Prezident Əliyevin Bakıda Avropa İttifaqı xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi, Avropa Komissiyasının da vitse-prezidenti xanım Kaya Kallası qəbul etməsi də diqqətdən yayınmır.
Göründüyü kimi, Azərbaycan dünya üçün mühüm və etibarlı tərəfdaşa çevrilir. Xüsusi etimada malik dövlətlər sırasındadır.
Qlobal münasibətlər sisteminin gərgin olduğu bir şəraitdə Azərbaycan barışdırıcı funksiyası ilə də diqqət çəkir. Ölkəmizə və onun liderinin şəxsinə olan yüksək etimadı daha da artırır.
Ölkəmiz bütün bu uğurlara Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxvektorlu daxili və xarici siyasət sayəsində nail olub. Milli həmrəylik qlobal uğurlarımızın təminatı rolunda çıxış edir.
Azər Niftiyev / azxeber.com

Siyasi       Tarix: 30 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber