Dünyadakı erməni kilsələri bəyanat yaydı: Ermənistan batır

Dünyadakı erməni kilsələri bəyanat yaydı: Ermənistan batırEçmiədzində katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclasında nələr müzakirə olunub?
Bir neçə gündür ki, Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilir. Dünyanın dörd bir tərəfindən gəlmiş erməni kilsələrinin ruhaniləri bir sıra məsələləri müzakirə ediblər.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, erməni KİV-inə istinadən xəbər verir ki, müzakirə mövzuları sırasında Bakıda ermənəsilli separatçıların mühakiməsi də olub. Erməni kilsələrinin nümayəndələri düşmənçilik xislətlərinə uyğun olaraq yenə də Azərbaycanın ünvanına şər-böhtan səsləndiriblər, "artsax rəhbərliyinin" mühakiməsini "qanunsuz hesab ediblər".
"Ali Ruhani Şura bəyan edir ki, Azərbaycanda qanunsuz olaraq saxlanılan erməni əsir və girovlara erməni xalqına və Ermənistana düşmənçilik və təcavüzünün növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyətin çağırış və tələblərinə məhəl qoymayan Azərbaycan özlərinin törətdiyi soyqırımı(!?-red) və hərbi cinayətlərlə bağlı təkzibolunmaz faktları gizlətməklə yanaşı, onlara haqq qazandırmağa, qurbanları cinayətkar kimi təqdim etməyə çalışır" deyə, erməni kilsələrinin həyasızlıq dolu bəyanatında deyilir.
Bəyanatda Paşinyan hökumətinə erməni canilərin müdafiəsi üçün "beynəlxalq dairələrin bütün imkan və potensialından istifadə etmək üçün" çağırış edilir.
Kilsə rəhbərləri özlərini "o həddə buraxıblar ki" çoxdan mövcud olmayan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinə belə müraciət ediblər, "erməni məhbusların dərhal vətənə qaytarılması üçün Azərbaycana qarşı daha təsirli tədbirlər görməyə çağırıblar".
Eçmiadzindəki toplantıda "Tatoyan" Hüquq və Ədalət Fondunun direktoru Arman Tatoyanın erməni separatçəların mühakiməsi ikə bağlı "hesabatını" da dinləyib.
Ali Ruhani Şura Ermənistanın gününə ağlamağa da zaman tapıblar. "Erməni xalqının qarşısında duran vəzifələr barədə narahatlıq hissi keçirərək, mövcud problemlərin aradan qaldırılmasında, milli birlik və həmrəyliyin, Ermənistan-diaspor əməkdaşlığının möhkəmləndirilməsində, ümumerməni potensialının səmərəli reallaşdırılmasında erməni kilsəsinin mühüm missiyasını xüsusi vurğulayıblar" deyə, Eçmiədzindən yayılan məlumatda deyilir.
Ermənistanın ağır demoqrafik problemlərinə dair də kilsə nümayəndələrinə ayrıca məruzə də təqdim olunub. Məruzəçi Ermənistanın hazırkı aöır demoqrafik mənzərəsini təqdim edib.
Ali Ruhani Şuranın üzvləri demoqrafik göstəricilərdən narahat olduqlarını bildirməklə yanaşı, bu istiqamətdə kifayət qədər təşəbbüslərin həyata keçirilmədiyini də qeyd ediblər. Erməni ailələrinin möhkəmləndirilməsi və uşaq dünyaya gətirilməsinin təşviqi üçün səylərin artırılması baxımından da kilsənin üzərinə mühüm rol düşdüyü vurğulanıb.
Qüds və Suriyada erməni kilsəsinin üzləşdiyi problemlər, o cümlədən erməni icmasının üzləşdiyi təhlükələr və iqtisadi sahədə mövcud problemlər haqqında geniş məlumat verib.
Göründüyü kimi, erməni kilsəsi yenə də düşmənçilik və revanşist əhval-ruhiyyədədir.

Siyasi       Tarix: 16 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən yeni xəbərlər hava son xeberler bugun 2026 muharibe xəbərlər