Dünyanın başı HƏMAS-İsrail müharibəsinə qarışıb – Paris isə öz hayındadır

Dünyanın başı HƏMAS-İsrail müharibəsinə qarışıb – Paris isə öz hayındadır"Fransanın anti-Azərbaycan mövqeyində dayanması artıq son dövrlər onların bir dövlət siyasətinin tərkib hissəsinə çevrilib".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloq bildirib ki, Fransa prezidenti bir tərəfdən Azərbaycan prezidentinə zəng edir, onunla bəzi məsələləri müzakirə edir, digər dərəfdən isə Azərbaycanın beynəlxalq hüquqla bağlı probleminin olduğunu söyləyir:
Dünyanın başı HƏMAS-İsrail müharibəsinə qarışıb – Paris isə öz hayındadırSamir Hümbətov
"Əslində bunun özü anormallıqdır. Çünki bir tərəfdən sən dövlətin rəhbəri ilə təmasda olursan, digər tərəfdən isə onun beynəlxalq hüquqla probleminin olduğunu deyirsən.
Üstəgəl Fransa XİN-in Azərbaycanı etnik təmizləmədə təqsirkar bilməsi özü belə gülməli hadisədir. Çünki Fransa 1994-cü ildə Ruandada 800 min insanı qətlə yetirirməklə, etnik təmizləmə, digər tərəfdən isə soyqırım törədib.
Belə ağır cinayətlər törədən bir dövlətin gəlib Azərbaycana hər hansı formada beynəlxalq hüquqdan dərs vermək niyyəti özü gülməlidir. Təbii ki, dünyanın bu gün başı HƏMAS-İsrail müharibəsinə qarışıb.
Belə bir fonda Fransanın tutduğu mövqe əslində bilərəkdən, planlaşdırılmış bir hal kimi dəyərləndirilməlidir. Bu siyasət əslində Fransanın özü üçün heç də xoş hal sayılmır. Çünki Fransa Cənubi Qafqazda varlığını formalaşdırmaq istəyirsə, anlamalıdır ki, Azərbaycansız regionda hər hansı bir dövlətin hansısa addım atması qeyri-mümkündür. Çünki Cənubi Qafqazın yeganə önəmli dövləti Azərbaycandır. Ona görə də hesab edirəm ki, Fransanın bu cür mövqe tutması onun özünün bölgəyə girişinə imkan verməyəcək. Nəzərə almaq lazımdır ki, 1997-ci ildə Jak Şirak Azərbaycan prezidenti Heydər Əliyevdən xahiş edərək Minsk qrupunun həmsədrlərindən birinə çevrildi.
Onu unutmamalıdırlar ki, Azərbaycan istənilən anda, regionla bağlı istənilən prosesə müdaxilə etmək imkanındadır. Həm Fransa prezidentinin gülüş doğuran açıqlaması, həm də Fransa xarici işlər nazirinin çıxışı zamanı Azərbaycanı etnik təmizləmədə ittiham etməsi sözün həqiqi mənasında onların həm siyasi, həm də hüquqi savadsızlığından irəli gələn məsələ kimi dəyərləndirilə bilər".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 13 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari