Dünyanın ən böyük aysberqi sürətlə əriyir - TƏKLÜKƏ
Avropa Kosmik Agentliyinin (AKA) tədqiqatçıları dünyanın ən böyük aysberqinin gündə 2,5 santimetr əridiyini müşahidə ediblər. Onun bundan əvvəl iki hissəyə bölündüyü bildirilir.
Tədqiqatçıların son peyk şəkillərində A-68A aysberqinin bir neçə hissəyə bölündüyü, iki böyük buz parçasının əsas hissədən qoparaq açıq okeana üzdüyü əks olunub.
Publika.az Haytekə istinadla xəbər verir ki, alimlər bu məlumatlardan istifadə edərək təkcə aysberqin yolunu deyil, həm də onun formasını və kütləsini izləyiblər.
Tədqiqatçılar bu prosesi, aysberq kilinin dənizin dibinə toxunması, habelə güclü şirin su axının onun formasına təsiri ilə izah edirlər. Hələlik obyekt haqqında daha dəqiq məlumatlar söyləmək çətindir. Aysberqin nə qədər yaxından keçəcəyi onun kilinin dərinliyindən asılıdır.
Bununla belə, qrup ilk dəfə olaraq CryoSat ЕКА peykinin radiolokasiya hündürlükölçəni ilə müəyyən edilmiş ölçülər əsasında aysberqlərin ilkin qalınlığının xəritəsini tərtib edib. Bu ətraflı xəritədən göründüyü kimi A-68A aysberqinin əvvəldən ən qalın yeri haradasa 232 və 285 metr olub. Aysberqin ölçüsünün bir müddətdən sonra azaldığına görə, belə qənaətə gəlmək olar ki, o, hər gün 2,5 santimetr itirib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək