Dünyanın ən böyük neft-qaz şirkətinə raket hücumu oldu
Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft və qaz şirkəti hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, şirkətin stansiyası raket atəşinə tutulub.
Məlumatı Ənsar-Allah (Husilər) hərəkatının Yəmən üsyançılarının sözçüsü Yahya Sariya tvitterdən yayıb. O, Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən "Saudi Aramco"nun paylama stansiyasının raket hücumuna məruz qaldığını qeyd edib. Hücumun "Qüds 2" qanadlı raketlə təşkil olunduğunu vurğulayıb.
O, təcili yardım maşınları və yanğınsöndürənlərin hadisə yerinə gəldiyini də əlavə edib.
Husilər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə və vətəndaşlara bu cür əməliyyatların davam etməsi ehtimalı barədə xəbərdarlıq edib. Onlara həyati əhəmiyyət daşıyan obyektlərdən uzaq durmağı bildirib.
Qeyd edək ki, bu, "Saudi Aramco"ya ilk belə hücum deyil. Bundan əvvəl dünyanın ən böyük neft emalı zavodlarından biri olan "Saudi Aramco" Husi qruplaşmasının 10 pilotsuz təyyarəsinin hücumuna məruz qalmışdı.
Eyni zamanda, ölkənin ikinci ən böyük neft yatağı olan "Xurayis"ə də hücum həyata keçirilib. Nəticədə, həm zavodda, həm də neft yatağında böyük yanğın baş verib.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur