Dünyanın ən böyük ticarət müqaviləsi imzalandı - 8 ildən sonra ilk dəfə...

Dünyanın ən böyük ticarət müqaviləsi imzalandı - 8 ildən sonra ilk dəfə...Avstraliya, Çin, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 15 Asiya-Sakit okean ölkəsi dünyanın ən böyük sərbəst ticarət müqaviləsini imzalayıb.
Publika.az xəbər verir ki, müqavilə Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq anlaşması adlanır.
Cənub-Şərqi Asiya Millətləri Birliyinin 37-ci Liderlər Sammiti çərçivəsində keçirilən iclasda Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanmar, Filippin, Sinqapur, Tailand, Vyetnam, Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderləri səkkiz illik danışıqlardan sonra razılığa gəliblər.
İclasda çıxış edən liderlər razılaşmanı böyük dönüş nöqtəsi olaraq xarakterizə ediblər: "8 illik 46 danışıqdan və 19 nazir səviyyəsində görüşdən sonra bu gün bu razılaşma imzalandı. Bu müddətdə yorulmadan çalışan əlaqəli ölkələrin və nazirlərin səylərinə görə çox minnətdaram", - Sinqapurun Baş naziri Li Syan Lun bildirib.
Qeyd edək ki, Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və Hindistan arasında dünyanın ən böyük sərbəst ticarət müqaviləsi olan Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq razılaşması üçün danışıqlar 2012-ci ildə başlayıb. 2 il ərzində yekunlaşdırılması planlaşdırılan razılaşma, bölgədəki ölkələrin fərqli ticarət prioritetləri səbəbilə davamlı olaraq təxirə salınıb.
Akqabay

Dünya       Tarix: 15 noyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar xeber.az son xeberler en son xeberleri xabar az