"Duty Free'nin qurucusu, 'milyardsız milyarder' Çarlz Fini kim idi? - Pul onu xoşbəxt etmirdi

Xəbər verdiyimiz kimi, "Duty Free Shoppers" (DFS) mağazalar şəbəkəsinin yaradıcılarından biri Çarlz Fini 92 yaşında vəfat edib.
Həyatı boyu bütün var-dövlətini qlobal xeyriyyəçiliyə həsr etmiş irland əsilli amerikalı iş adamı və xeyriyyəçi San-Fransiskoda dünyasını dəyişib.
azxeber.com Çarlz Fininin həyatı haqda bəzi maraqlı məlumatları təqdim edir:
Charlie Feni universiteti bitirdikdən dərhal sonra sərvət qazanmağa başlamışdı. 1960-cı ildə sinif yoldaşı ilə birlikdə şirkət yaradan Feni, Aralıq dənizi limanlarında ABŞ-a qayıdan ABŞ hərbi qulluqçularına rüsumsuz mallar - saatlar, ətirlər, spirt, siqaret və digər mallar satmağa başlayır. "Duty Free Shoppers" adı verdikləri şirkət, sürətlə böyüyərək dünyanın hər yerində hava limanlarında mağazalar açır. Şəriklər, əldə olunan gəliri, mehmanxanaların inkişafına, pərakəndə ticarətə və daşınmaz əmlakın alınmasına yatırırlar.
1960-cı ildə Honq Konq hava limanında ilk "Duty Free" mağazasını açan Çarlz 1980-ci illərin əvvəllərində həyatında sahib olmadığı şeyləri saymağa qərar verir. Məlum olur ki, onun hər şeyi var: Nyu-Yorkda, Londonda və Parisdə dəbdəbəli mənzilləri, yaxtaları, şəxsi təyyarələri, ən yaxşı kurortlarda istirahətləri, dünyanın ən zəngin və ən uğurlu adamları ilə dostluqları…
Ancaq illər keçdikcə Feni tək başına bu qədər sərvəti nə edəcəyi haqda düşünməyə başlayır. Milyonçu, ani qərarla bütün sərvətini - təxminən 8 milyard dolları xeyriyyəçilik üçün bağışlamaq qərarına gəlir.
"Həyatda ikən pul bağışlamaq öldükdən sonra miras qoymaqdan daha əyləncəlidir" deyən Feni oktyabrın 9-da 92 yaşında San-Fransiskoda sadə, iki otaqlı mənzilində dünyasını dəyişir.
Ölümündən öncə verdiyi müsahibələrin birində Feni deyir: "Mən sadəcə belə qənaətə gəldim ki, nə pul, nə yeni yaxtalar nə də başqa heç bir şey artıq məni xoşbəxt etmir". Çarli Finini dünyada "Milyardsız milyarder" adlandırırlar. 
Bu cəsarətli qərardan sonra Feni, demək olar ki, həmişə anonim olaraq həqiqətən ehtiyacı olan insanlara pul bağışlayır, onun ianələri Vyetnamdakı dövlət xəstəxanalarına, Haitidəki humanitar layihələrə və Cənubi Afrikadakı HİV və QİÇS klinikalarına verilir. Sərvətinin bir milyardı Fininin məzun olduğu "Kornell " Universitetinə bağışlanır. Bütün bu addımlarına görə Forbes jurnalı milyarderə "xeyriyyəçiliyin Ceyms Bondu" adını vermişdi.
Onun sərvəti 2016-cı ildə tükənir və 1982-ci ildə qurulan "Atlantic Philanthropies" xeyriyyə fondu 2020-ci ildə bağlanır. Feni özü və həyat yoldaşı üçün təxminən 2 milyon dollar sərvət saxlamışdı. Onun fikrincə bu məbləğ beş uşağın cüzi gəlirini təmin etməyə kifayət edəcəkdi.
Milyarderlər Varren Buffett, Bill Gates və Ceff Bezos da Fenidən ilhamlanaraq xeyriyyə işlərinə qoşulduqlarını açıqlayıblar. 
Aysel

Şou Biznes       Tarix: 12 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber son xəbərlər xeberler az son xeberler bugun