Düzgün qaydada bişirilməmiş toyuq ətinin ziyanı barədə XƏBƏRDARLIQ
Zəhərlənmənin qarşısını almaq üçün istehlak edilməzdən əvvəl toyuq əti tam termiki emala məruz qalmalıdır.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb.
"Məsələn, qril üsulu ilə bişirilmiş toyuq və ya toyuq kababında ətin bəzi hissələri bişməyə bilər və bəzən bu zəhərlənməyə səbəb ola bilər. Bu mənada toyuğun ən təhlükəli yeri quyruq hissəsidir. Əgər tam termiki emala məruz qalmazsa, onun tərkibində yüksək konsentrasiyada salmonella ola bilər", – deyə həkim xəbərdarlıq edib.
O vurğulayıb ki, belə toyuq ətində bağırsaq çöpləri də ola bilər.
Solomatina həmçinin toyuq dərisinin tərkibində yüksək miqdarda zərərli yağ olduğuna görə onu yeməməyi məsləhət görüb.
Həkim toyuq içalatı və ayaqlarını istehlak edərkən də ehtiyatlı olmağı tövsiyə edib.
"İçalat salmonellyozun inkişaf etdiyi yer ola bilər. Toyuğun ayağında və pulcuqlarında isə tez-tez çirk yığılır. Həddindən artıq yemlənən toyuqların qaraciyəri isə xolesterol mənbəyi ola bilər", – deyə diyetoloq vurğulayıb.Oxu.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var