DYP-dən avtomobillərin konstruktiv bütövlüyünü pozanlara XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi konstruktiv bütövlüyü pozulmaqla avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib.
Bu barədə azxeber.com-a idarədən bildirilib.
Məlumata görə, aparılan müşahidələr göstərir ki, son vaxtlar istər paytaxtda, istərsə də respublikanın digər regionlarında konstruktiv bütövlüyü pozulmaqla, o cümlədən istehsalçı tərəfindən konstruksiyasında nəzərdə tutulmuş ön və arxa mühafizə qurğuları (bamper) yerində olmayan nəqliyyat vasitələrinin istismarına yol verilir ki, bu da inzibati xəta tərkibi yaratmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələri zamanı qəzanın ağırlıq dərəcəsinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır:
"DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin kinetik enerjini udma xüsusiyyətinə malik passiv təhlükəsizlik elementlərindən biri olan bamperlərin təmir, zövq və digər səbəblərdən yerində olmadan idarə edilməsi hallarına qarşı nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edir və yol hərəkəti zamanı nəqliyyat vasitələrində sözügedən nasazlıqların aşkar ediləcəyi təqdirdə onların sürücüləri barədə qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirlərinin görüləcəyini bildirir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi